Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyaya terror aktı barədə xəbərdarlıq edib - "WP"
ABŞ Rusiyaya terror aktı barədə xəbərdarlıq edib - "WP"

Amerika Birləşmiş Ştatları Rusiyanı Moskvada terror aktı hazırlığı ilə bağlı xəbərdar etməklə yanaşı, həm də onun "Crocus City Hallda" təşkil oluna biləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, “The Washington Post”un amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, Moskvaya hadisə baş verəndən iki həftədən də artıq müddət əvvəl məlumat verilib ki, bu konsert məkanı potensial terrorçu hədəfdir: “Bu, Rusiya hakimiyyətinin silahlıların 140-dan çox adamı öldürdüyü və binanı yandırdığı ərazini qorumaq üçün niyə daha güclü tədbirlər görməməsi ilə bağlı yeni suallar doğurur”, - deyə nəşr yazır.

İkinci mümkün hədəf Rusiya paytaxtında sinaqoq olub. Xəbərdarlığın ertəsi günü Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada sinaqoqda İslam Dövləti yaraqlılarının hücumunun qarşısının alındığını elan edib.

Həmin gecə konsert zalında qarderobda işləyən yeniyetmə İslam Xəlilov insanların binadan çıxarılmasına kömək edib. O, müsahibəsində deyib ki, işçilərə terror aktı ehtimalı ilə bağlı xəbərdarlıq edilib. Xəlilov bildirib ki, martın 8-də onlara  terror hadisəsi zamanı necə davranmaqla bağlı təlim də keçiblər.

Xatırladaq ki, martın 7-də ABŞ-ın Rusiyadakı səfirliyi Moskvada “ekstremistlərin yaxın 48 saat ərzində böyük yığıncaqlara, xüsusən də konsertlərə hücum etməyi planlaşdırdığı” barədə xəbərdarlıq yayıb.

Putin deyib ki, bu, açıq şantaj və cəmiyyəti qorxutmaq və sabitliyi pozmaq niyyətinə bənzəyir. Artıq martın 22-də Moskvada 20 ilin ən böyük terror aktı baş verib - silahlı şəxslər "Crocus City Hall"da atəş açıb, bundan sonra binanı yandırıb qaçıblar.

Ən azı 139 nəfər həlak olub.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib ki, guya onlara terror hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib. Ağ Ev Moskvaya özəl xəbərdarlıq göndərdiyini bildirib. Daha sonra FTX direktoru Aleksandr Bortnikov bildirib ki, dövlətlər onlara “ümumi xarakterli” məlumat veriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »