Bakıda Xəzəryanı dövlətlərin baş prokurorluqlarının beştərəfli görüşü keçiriləcək.
Bu barədə "Bizimyol.info"ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
İran İslam Respublikası Baş prokurorunun ədliyyə, ictimai hüquq və cinayətlərin qarşısının alınması üzrə müavini Qolam Abbas Torkinin rəhbərlik etdiyi nümayəndə heyəti görüşdə iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdədir. O, Baş prokuror Kamran Əliyevlə görüşdə ölkəmizdə keçirilən Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıb.