İsrailin İranın Dəməşqdəki səfirliyinə raket hücumu Yaxın Şərqdəki vəziyyət üçün dönüş nöqtəsi ola bilər və bu, regionda münaqişənin daha da genişlənməsinə səbəb ola bilər, həmçinin bu, genişmiqyaslı müharibəyə çevrilə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı ekspertlərə istinadən yazır.
“Diplomatik qurumlar dövlətin qorunan suveren məkanı hesab olunur. Diplomatik nümayəndəliyə hücum ölkənin özünə hücuma bərabərdir. Bu tətili Yaxın Şərqdə potensial dönüş nöqtəsi edən də budur”, - deyə nəşr Los Ancelesdədəki Kaliforniya Universitetinin Yaxın Şərq üzrə eksperti Dalia Dassa Kayenin sözlərini sitat gətirirb.
Vaşinqtonun Yaxın Şərq İnstitutunun tədqiqat mərkəzinin əməkdaşı Çarlz Listerin fikrincə, İranın sərt reaksiyası qaçılmazdır, lakin bunun hansı formada olacağı hələ bəlli deyil.
Nəşrin yazdığına görə, İran rəhbərliyi Suriya və İraqdakı paramilitar qüvvələrə Amerika hərbçilərinə və bu ölkələrdəki ABŞ hərbi obyektlərinə hücumları bərpa etmək üçün yaşıl işıq yandıra bilər. Jurnal İranın cavabının İsrail və Tehran tərəfindən dəstəklənən Livanın şiə Hizbullah təşkilatı arasında “tammiqyaslı müharibəyə çevriləcəyi” hadisələrin ən pis inkişafı hesab edib.
Qadir, Bizimyol.info