Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə-Azərbaycan müdafiə sənayesi şirkətləri yeni yüzillikdə hədəflərinin səviyyəsini yüksəldəcəklər" - Video
"Türkiyə-Azərbaycan müdafiə sənayesi şirkətləri yeni yüzillikdə hədəflərinin səviyyəsini yüksəldəcəklər" - Video

Dünən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün bu gün Azərbaycana səfər edib. İdarənin rəhbəri öncə Şəhidlər Xiyabanını və daha sonra Türk Şəhidliyi abidəsini ziyarət edib. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

  • Türkiyəli rəsminin ölkəmizə səfərinin əhəmiyyəti nədir?

  • Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mövcud vəziyyəti nə yerdədir?

Hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

"Türkiyə Müdafiə Sənayesi İdarəsinin Azərbaycana səfəri, Azərbaycanın müdafiə sənayesi şirkətləri ilə Türkiyənin bu təyinatda olan şirkətləri ilə birgə fəaliyyətinə dair iclasların aparılması nəzərdə tutulur. Biz bilirik ki, Türkiyənin müdafiə sənayesi şirkətlərinin çox böyük təcrübəsi var. Xüsusən də Azərbaycan əməkdaşlığı üzərindən dünyanın yüz müdafiə sənayesi şirkəti arasına daxil olmuş yeddi türk şirkəti var. Onların önündə gedən "ASELSAN", "ROKETSAN", "HAVELSAN" və indiki mərhələdə "BAYKAR" şirkəti Azərbaycanla hərtərəfli əməkdaşlığa malikdirlər. Azərbaycanda müdafiə sənayesi şirkətlərinin yenidən qurulması üzərinə dövlət iki milyarda yaxın vəsait ayırdı. Düşünürəm ki, bizim bu istiqamətdə fəaliyyət göstərən şirkətlərimiz Azərbaycanın neft, qaz ixracatından sonrakı mərhələdə ən böyük ixracat məhsullarımızı - hərbi-texniki avadanlığı istehsal edən bir quruma çevrilə bilərlər. Bu da Türkiyənin müdafiə sənayesi şirkətləri ilə bərabər reallaşdırılacaq. Bu şirkətlər Türkiyənin silahlı qüvvələrinin, eyni zamanda öz silahlı qüvvələrimizin ehtiyaclarını ödəməsi üzərinə hərbi-texniki avadanlıqların istehsalı ilə məşğul olurlar.

Şuşa bəyannaməsindən sonrakı mərhələdə silahlı qüvvələrimizin Türkiyənin ordu modelinə keçidi silahlanmamızda olan hərbi texnika və avadanlıqların da yenilənməsi prosesi başlamalıdır. Bu istiqamətdə həmin şirkətlərin rolu əvəzsiz olacaq.

Münasibətlərimizin müdafiə sənayesi şirkətlərinin və Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi rəhbərinin əməkdaşlığı üzərindən çox ciddi mərhələyə qədəm qoyacağımızı gözləməliyik. Hər halda Türkiyə-Azərbaycan müdafiə sənayesi şirkətləri yeni yüzillikdə hədəflərinin səviyyəsini yüksəldəcəklər" -deyə, hərbi ekspert əlavə edib.

Bizimyol.info xəbər portalı Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgünün Şəhidlər Xiyabanı ziyarətindən görüntüləri təqdim edir:

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »