Bruklin şəhərindəki kilsədə Pasxa mərasimi zamanı yanğın baş verib. Yanğın zamanı yüngül xəsarət alan 5 nəfərə tibbi yardım göstərilib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində kilsədə Pasxa mərasimi zamanı baş verən yanğında üç yanğınsöndürən də daxil olmaqla azı 5 nəfər xəsarət alıb. Yanğın zamanı kilsədə təxminən 170 nəfərin olduğu təxmin edilir.
Yanğın ötən gün yerli vaxtla saat 14:00 radələrində Bruklindəki "Our Lady of Rosary Pompeii" kilsəsində qeydə alınıb. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Kilsənin keşişi Romulo Marin ayin zamanı dua edənlərin arasından qara tüstü çıxdığını gördüyünü və vəziyyəti yanğınsöndürmə xidmətinə çatdırdığını bildirib.
Nyu York Yanğınsöndürmə İdarəsinin (FDNY) paylaşdığı görüntülərdə kilsənin pəncərələrindən qara tüstünün çıxdığı və alovların kilsənin damına çatdığı görülüb.
FDNY-nin sosial media platformasında paylaşdığı yazıda: "Yanğın elektriklə əlaqəli ola bilər", - deyə ilkin məlumat veriblər.
Keşiş Marin bildirib ki, yanğınsöndürənlər yanğının səbəbinin elektriklə əlaqəli olduğunu bildiriblər. Yaşadığı camaatdan itkin düşmüş adam olmadığını bildirən Marin deyib: “Hamı kilsəni normal şəkildə, yavaş-yavaş tərk etdi. "Məni ən çox narahat edən hər kəsin təhlükəsiz olub-olmaması idi", - deyə qeyd edib.
Qadir, Bizimyol.info