Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yelabuqada PUA-nın hücumu nəticəsində 6 nəfər yaralanıb
Yelabuqada PUA-nın hücumu nəticəsində 6 nəfər yaralanıb

Tatarıstanın Yelabuqa şəhərində pilotsuz təyyarənin hücumu nəticəsində 6 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına əməliyyat xidmətlərindən məlumat verilib.

“Hazırda PUA-nın hücumu nəticəsində altı nəfərin yaralandığı müəyyən edilib”, - deyə mətbuata məlumat verən rəsmi şəxs bildirib. O, üç yataqxana binasının şüşələrinin sındırıldığına da qeyd edib.

Respublika başçısının mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, üç nəfər xəstəxanaya yerləşdirilib. “Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, altı nəfər xəsarət alıb. Onların həyatı və sağlamlığı təhlükədə deyil. Üç nəfər həkimlər tərəfindən müayinə olunduqdan sonra artıq evə buraxılıb, daha üç nəfər xəstəxanaya yerləşdirilib və hazırda tibbi müayinədən keçirilir. Və lazımi köməklik göstərildikdən sonra onlar da evə göndəriləcək”, - deyə mesajda qeyd edilib.

Vahid Növbətçi Dispetçer Xidmətinin məlumatına görə, 5 nəfər xəsarət alıb. "Beş zərərçəkmişimiz var. Vəziyyətləri yüngüldür, ağır deyil. Onlar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib", - deyə qeyd etdi.

Bundan əvvəl bir yetkin və iki yeniyetmənin qəlpə yaraları aldığı bildirilmişdi. Aprelin 2-də səhər saatlarında pilotsuz uçuş aparatları ilk dəfə Tatarıstan ərazisində, Yelabuqa və Nijnekamskda müəssisələrə hücum edib. Respublika başçısının mətbuat xidmətindən verilən məlumata görə, müəssisələrdə texnoloji proses pozulmayıb, ciddi ziyan dəyməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »