Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google" məxfi məlumatlardan istifadəyə görə 5 milyard dollardan çox təzminat ödəyəcək
"Google" məxfi məlumatlardan istifadəyə görə 5 milyard dollardan çox təzminat ödəyəcək

ABŞ-da fəaliyyət göstərən onlayn məlumat toplama şirkəti "Google"un "anonim" rejimdə aparılan axtarışların qeydlərini saxladığı səbəbilə 5 milyard dollardan çox təzminat ödəməyə və şəxsi axtarış məlumatlarını silməyə razı olduğu bildirilir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Kaliforniyanın Şimal Dairə Məhkəməsindəki sənədlərə görə, "Google" onlayn axtarışda anonim seçimdən istifadə etmələrinə baxmayaraq, məlumatları icazəsiz istifadə edilən 50 iddiaçını təmsil edən üç hüquq firması ilə razılığa gəlib.

Müqaviləyə əsasən, "Google" icazəsiz məlumatların qeydlərinin aparılmasına görə 5 milyard dollardan çox təzminat ödəməyə razılaşıb. Eyni zamanda "Google" milyonlarla istifadəçinin baxış tarixçəsi ilə bağlı məlumatları siləcək.

"Bu müqavilə dominant texnologiya şirkətlərindən istifadəçi məlumatlarını necə toplayıb istifadə etdikləri, toplanmış məlumatları necə silib düzəltmələri ilə bağlı istifadəçilərə öz təmsillərində dürüst olmalarını tələb edən tarixi bir addımdır. Bu müqavilə dünyanın ən böyük məlumat toplayıcısının həqiqi hesabatlılığını və şəffaflığını təmin edir və internetdə məxfilik hüququmuzun təkmilləşdirilməsi və qorunması istiqamətində mühüm addımdır" ", - deyə sənəddə qeyd edilir.

Təxminən 4 il əvvəl açılan iddiada "Google" anonim axtarış seçimindən istifadə edərək hər kəsin fəaliyyətini necə izlədiyi barədə istifadəçiləri çaşdırmaqda ittiham olunurdu. ABŞ Ədliyyə Departamenti "Google"a qarşı monopoliya siyasəti həyata keçirdiyini iddia edərək biri 2020-ci ildə, digəri isə 2023-cü ildə olmaqla iki ayrı "antiinhisar" iddiası qaldırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »