Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Demensiyanın erkən aşkarlanması üçün proqram hazırlanıb
Demensiyanın erkən aşkarlanması üçün proqram hazırlanıb

Smartfon proqramı frontotemporal demensiya ilə mübarizədə əhəmiyyətli faydalar verə bilər.

Yeni smartfon proqramı frontotemporal demensiya (FTD) ilə mübarizədə əhəmiyyət vəd edir.

Bizimyol.info xəbər verir ki, bu xəstəlik beynin şəxsiyyət, davranış və dillə bağlı sahələrin yerləşdiyi frontal və temporal hissələrində sinir hüceyrələrinin parçalanması nəticəsində baş verir.

UC San Francisco tərəfindən hazırlanmış tətbiq ilə FTD riskinin diaqnostikasında və monitorinqində böyük üstünlük əldə edilə bilər.

FTD həm xəstələr, həm də tədqiqatçılar üçün çox çətin bir xəstəlik olduğu bilinir. FTD simptomları tez-tez psixiatrik xəstəliklərlə qarışdırıla bilər. Həssas diaqnostik vasitələrin mövcud olmadığı və ya istifadə olunmadığı hallarda, müalicə əhəmiyyətli dərəcədə gecikdirilə bilər və müalicə başlasa belə, səmərəsiz ola bilər. Bildirilir ki, yeni tətbiq ilə FTD daha erkən diaqnoz qoyula və daha yaxından izlənilə bilər.

Tətbiqə uzaqdan əlaqə vasitəsilə tamamlana bilən koqnitiv testlər daxildir. Bu, daha çox insanın klinik sınaqlarda iştirakına imkan verir. Bu testlər vasitəsilə genetik olaraq xəstəliyə meylli insanlarda simptomlar görünməmişdən əvvəl xəstəliyi aşkar etmək olar. Tədqiqatın rəhbəri Dr Adam Staffaroni bildirir ki, tətbiq gələcəkdə üz-üzə klinika ziyarətlərini əvəz edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 55 milyon insan demensiya ilə mübarizə aparır. FTD 60 yaşdan aşağı xəstələrdə görülən demansın əsas səbəbidir. Bu xəstələrin yüzdə 30-a qədəri genetik səbəblərə görə FTD ilə mübarizə aparmaq məcburiyyətindədir.

Xəstəliyin simptomlarına şəxsiyyət dəyişikliyi, nitqdə çətinlik, hərəkət və davranış çətinlikləri daxildir. Səs qeydləri və bədən hərəkətləri kimi bir çox məlumat toplayan tətbiq, 360 nəfərlə aparılan sınaqlarda ümidverici olduğunu göstərir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »