Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ administrasiyasının İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbədən xəbəri olmayıb - "NBC"
ABŞ administrasiyasının İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbədən xəbəri olmayıb - "NBC"

ABŞ prezidenti Co Baydenin administrasiyası İrana bildirib ki, Vaşinqton respublikanın Dəməşqdəki konsulluğuna gözlənilən hücumdan əvvəlcədən xəbəri olmayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Amerika prezident administrasiyası birbaşa İrana məlumat verib ki, ABŞ İranın Dəməşqdəki konsulluğuna hücumdan əvvəlcədən xəbəri olmayıb və bu hücumda heç bir iştirak etməyib.

Digər iki ABŞ rəsmisi telekanala bildirib ki, Bayden administrasiyası Suriya əməliyyatı barədə xəbəri İsrail təyyarələri artıq havada olarkən alıb. Bununla belə, Vaşinqtonun hansı hədəfin seçildiyini bilmədiyi qeyd edilib.

Aprelin 1-də "SANA" agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdə bir evə zərbələr endirməsi barədə məlumat verib. Daha sonra İran mediası Suriya paytaxtının qərbində Mezze prospektində yerləşən İran konsulluğunun binasının atəşə tutulduğunu bildirib. İranın Ərəb Respublikasındakı səfiri Hüseyn Əkbərinin sözlərinə görə, hücumda 5-7 nəfər həlak olub. Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi də daxil olmaqla, yeddi hərbi məsləhətçi və beş zabitin həlak olması barədə məlumat yayıb.

Suriyanın xarici işlər naziri Feysəl Miqdad İranın diplomatik nümayəndəliyinə baş çəkərək “İsrailin iyrənc terror hücumunu” pisləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani qeyd edib ki, Tehran “təcavüzkarı necə cəzalandıracağına” qərar verəcək. Qətər, BƏƏ, Oman və Pakistan da İran konsulluğuna hücumu pisləyib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İsrailin hərəkətləri tamamilə qəbuledilməzdir və onun qarşısı alınmalıdır.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi brifinqdə İsrail hərbçilərinin Dəməşqə zərbə endirməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »