Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp fırıldaqçılıq işində 175 milyon dollar girov qoyub
Tramp fırıldaqçılıq işində 175 milyon dollar girov qoyub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp saxtakarlıq hökmünə etiraz etmək üçün 175 milyon dollar girov ödəyib.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi ABC məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Fevralın 16-da məhkəmə Trampı Tramp Təşkilatının aktivlərinin qiymətləndirilməsində dələduzluqda təqsirli bilib və ona təxminən 355 milyon dollar ödəməyi məcbur edib. Cərimələrin ümumi məbləği faizlər daxil olmaqla 454 milyon dollara yüksəlib. Bundan əlavə, respublikaçıya üç il müddətində Nyu-York ştatında hər hansı korporasiyanın işçisi və ya direktoru vəzifəsində işləmək və Nyu-York ştatında qeydiyyatdan keçmiş hər hansı maliyyə qurumundan kredit almaq üçün müraciət etmək qadağan edilib. Tramp qərardan apellyasiya şikayəti verib.

Keçmiş prezident iş üzrə qərardan şikayət etmək üçün girov ödəməyə razı olduqdan sonra Nyu York məhkəməsi aprelin 15-nə məhkəmə prosesi təyin edib.

İddia 2022-ci ilin sentyabrında məhkəməyə göndərilib. Prokurorların fikrincə, "Trump Organization" kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini yanlış təqdim edib. Aktivlər 2,23 milyard və 3,6 milyard dollar arasında şişirdilib.

Departamentin təkid etdiyi kimi, Trampın Floridadakı mülkünün, Manhettendəki "Trump Tower" göydələnindəki mənzillərinin, bəzi ofis binalarının və qolf meydançalarının dəyəri şişirdilib.

Müdafiə tərəfi israr edir ki, ittihamlar əsassızdır və obyektin qiyməti zamanla obyektiv şəraitə görə dəyişə bilərdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »