Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Taksilərlə bağlı planlanan dəyişikliklər maşın bazarında kütləvi satış və qiymət "endirim"inə səbəb oldu"
"Taksilərlə bağlı planlanan dəyişikliklər maşın bazarında kütləvi satış və qiymət "endirim"inə səbəb oldu"

Bir neçə gün əvvəl Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiq etdi. Sənədə görə, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Eyni zamanda bundan sonra taksilərin ağ və yaxud qırmızı rəngdə olmasına qərar verilib. Bu qərardan sonra isə, kütləvi şəkildə ölkədə olan “pirius” avtomobillərinin satışına başlanılıb.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, artıq 3 aydan sonra taksi fəaliyyəti ilə məşğul olan “pirius”lar fəaliyyət göstərə bilməyəcək. Bu səbəbdən də onların kütləvi satışını müşahidə edirik.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“Əslində, 3 ay tamam olana qədər, artıq bu maşınların qiyməti çox aşağı düşəcək. Yəni qərardan öncəki nisbətdə qiymətlərdə biz 2000- 4000 ucuzlaşma müşahidə edirik. Müəyyən bir vaxtdan sonra, yəni bu qərarın qüvvəyə minməsi üçün müddət azaldıqca, bu avtomobillərin qiymətində 50-55 faizə qədər endirimlər görəcəyik”-deyən ekspert vurğulayıb ki, bu qərardan sonra məcburi olaraq, avtomobilə təlabat yaranacaq. Bu tələbatın da bir qismini böyük ehtimalla yerli yığım avtomobilləri təmin edəcək.

Eyyub Əliyev qeyd edib ki, qiymətlərinin ucuz olması baxımından ölkəmiz üçün ekoloji baxımdan yararsız olan avtomobillər ölkəyə gətirilir. Ölkəmizə ikinci əl olaraq xaricdən gələn avtomobillərin əksəriyyəti yararsız, yəni istifadə müddəti başa vurulmuş və yaxud qəzalı avtomobillərdir.

“Təəssüflər olsun ki, yenə bu avtomobillərin bir qismi ölkəmizə dolacaq və bu avtomobillər də bizim ekoloji durumumuza yenə ziyanını vuracaq. Bu avtomobilləri almaq əvəzinə, yerli istehsal yeni avtomobillər və yaxud da rəsmi idxalçılar tərəfindən təklif olunan digər büdcə avtomobilləri olsa daha yaxşı olar”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »