Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarder iş adamı İlon Mask süni intellektin bəşəriyyəti məhvetmə faizini açıqlayıb
Milyarder iş adamı İlon Mask süni intellektin bəşəriyyəti məhvetmə faizini açıqlayıb

Milyarder iş adamı İlon Mask qatıldığı tədbirdə süni intellektlə bağlı açıqlamalar verib. İlon Mask süni intellektin bəşəriyyəti məhv etmək potensialına malik olduğunu, lakin buna baxmayaraq, süni intellektə investisiyaların edilməsi lazım olduğunu bildirib və niyə belə düşündüyünü açıqlayıb.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, İlon Maskın fikrincə, süni intellektin müsbət nəticələri mənfi nəticələrdən çox olacaq. Bu arada; Maska görə, süni intellektin bəşəriyyəti məhv etmə ehtimalı 20 faiz civarındadır.

İlon Mask ilk dəfə deyil ki, belə bəyanat verir. İş adamı əvvəllər də süni intellektin riskləri ilə bağlı sərt açıqlamalar verib. Ancaq son bəyanat nisbətən vacibdir. Çünki İlon Maskın açıqlamasını dəyərləndirən kibertəhlükəsizlik eksperti İlon Maskla həmfikirdi. Kibertəhlükəsizlik üzrə ekspert Roman Yampolski də bunun səbəbini açıqlayıb.

Süni intellekt p(doom) hesablamasına görə bəşəriyyəti həqiqətən məhv edə bilər!

Süni intellektin inkişafı ilə p(doom) kimi bir anlayış müzakirə olunmağa başladı. Bu konsepsiya süni intellektin bəşəriyyətin sonunu gətirməsi ehtimalı ilə bağlı hesablama üsulu kimi qəbul edilə bilər. “Qiyamətin mümkünlüyü” olaraq da təyin edə biləcəyimiz p(doom) Roman Yampolski üçün çox yüksək səviyyədədir. Kibertəhlükəsizlik üzrə ekspert bildirib ki, onlar ultra inkişaf etmiş süni intellektə nəzarət edə bilmirlər və ən yaxşısı süni intellekti heç inkişaf etdirməməkdir.

Keçmişdə süni intellektlə bağlı P(doom) ölçmələri yüzdə 5 ilə 50 arasında dəyişirdi. Roman Yampolski hesab edir ki, bu göstərici 99 faizdir. Məhz buna görə o, ultra inkişaf etmiş süni intellektin inkişaf etdirilməməsini istəyir. Təbii ki, unutmaq lazım deyil ki, süni intellektlə bağlı araşdırmalar tam sürətlə davam etsə də, hələ də istənilən səviyyəyə çatmayıb. Bunun nə vaxt mümkün olacağını zaman göstərəcək...

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »