Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan-Türkiyə iş birliyi bütün sahələrdə olduğu kimi bu sahədə də böyük inkişafa səbəb olur"
"Azərbaycan-Türkiyə iş birliyi bütün sahələrdə olduğu kimi bu sahədə də böyük inkişafa səbəb olur"

“Son zamanlar Azərbaycan-Türkiyə müdafiə sənayesinin iş birliyi haqqında çox danışmaq olar. Artıq ortaq müəssisələr, birgə istehsal planları üzrə çalışmalar icra olunub və sazişlər bağlanıb. Azərbaycan-Türkiyə birgə məhsulları silah bazarında boşluq olduğu zaman və silah bazarına böyük ehtiyac olduğu zaman, iki qardaş ölkənin bu istiqamətdə münasibətlərinin inkişaf etdirilməsi müəyyən bir şəkildə bu istehsal beynəlxalq silah arenasında özünə məxsus yer tutacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert əlavə edib ki, müdafiə sənayesində istehsal edilən silah-sursatla bağlı hər il müəyyən sərgilər keçirilir. Bu sərgilərdə həm Azərbaycanın, həm də Türkiyənin pavilyonlarının sahəsi getdikcə artır. Sərgilərə çıxarılan məhsulların çeşidləri ildən ilə artır, çoxalır. Bu da beynəlxalq silah bazarında Azərbaycana və Türkiyəyə diqqətin artırılması və yeni sazişlərin bağlanması ilə nəticələnir.

Şair Ramaldanov Şair Ramaldanov

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan-Türkiyə iş birliyi bütün sahələrdə olduğu kimi bu sahədə də böyük inkişafa səbəb olur. Bu inkişaf həm Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir edəcək bir mesajdır, həm də Turan aləminə bir mesajdır.

Şair Ramaldanovun fikrincə, bu səfər həm də, Turan aləminə türk dilli dövlətlərinə bir nümunədir: "Bu nümunədən irəli gələrək, bundan sonra biz türk dilli dövlətlərin müdafiə sənayesinin inkişafında Türkiyənin və Azərbaycanın rolu haqqında eşidəcəyik".

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »