Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada arıqlamaq üçün qida əlavələri qalmaqalı: zəhərlənmə və ölümlərə görə fabrikə basqın edilib
Yaponiyada arıqlamaq üçün qida əlavələri qalmaqalı: zəhərlənmə və ölümlərə görə fabrikə basqın edilib

Yaponiyada qida əlavəsi olaraq istehsal edilən "Beni-Koji" onu istehlak edən 5 nəfərin ölümünə səbəb olub. 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, şirkət rəsmiləri məhsulu geri çağırmağa başlayıb və istifadəçilərdən üzr istəyiblər. Yaponiya səhiyyə işçiləri qida əlavəsi istehsal edən fabrikə də basqın ediblər.

Bədəni daha güclü saxlamaq, sağlam quruluşa sahib olmaq və ya arıqlamaq üçün qəbul edilən qida əlavələri təhlükələr yaratmağa davam edir.

Yaponiyada tərkibində qırmızı düyü mayası olan “Beni-Koji” istehlak edən onlarla insan xəstəxanaya yerləşdirilib və ölümlər olub. Xəstələrin əksəriyyəti böyrək xəstəliyindən şikayət edirdi. Şirkət bildirib ki, xəstəliklərin dəqiq səbəbləri haqqında çox az şey məlumdur.

Yaponiya hökumətinin səhiyyə işçiləri qida əlavəsinin istehsal olunduğu fabrikdə reyd keçirib. Şirkətin Osakadakı fabrikində yoxlama aparılıb. Yapon şirkəti hadisələrdən sonra mətbuat konfransı keçirərək üzr istəyib. Şirkət rəsmiləri əlavələri bazardan topladıqlarını elan edərək: "Tayvanda satılan məhsulun tam həcmini bilmirik, lakin istehsalçıları məhsulu geri qaytarmağa çağırırıq", - deyib.

Qərargahı Yaponiyanın qərbindəki Osaka şəhərində yerləşən şirkət, son üç maliyyə ilində bu həbdən təxminən bir milyon qutu satdığını söylədi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »