Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu Hizbullah raket qüvvələrinin komandir müavininin məhv edildiyini bildirib
İsrail ordusu Hizbullah raket qüvvələrinin komandir müavininin məhv edildiyini bildirib

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanda şiə Hizbullah hərəkatının raket bölmələri komandirinin müavininin hava zərbəsi ilə məhv edildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

"Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Livanın Əl-Buzuriya bölgəsinə zərbə endirib və Hizbullah raket qüvvələrinin komandir müavini Əli Əbd Əhsən Nəimi öldürüb", - deyə bəyanatda qeyd edilir.

"Öldürülən şəxs radikal Hizbullahın hərbi qanadında "vacib bilik mənbəyi", "raket sahəsində lider" və "ağır raketlərdən istifadə üzrə liderlərdən biri" hesab olunurdu və eyni zamanda dinc israillilərə qarşı hücumlar planlaşdırır, "həyata keçirmək üçün məsuliyyət daşıyırdı", - deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »