Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Rusiyada həbs olunan jurnalistin azad edilməsi üçün çalışacağına söz verib
Bayden Rusiyada həbs olunan jurnalistin azad edilməsi üçün çalışacağına söz verib

ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasında casusluqda təqsirləndirilən Amerikanın “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçin həbsindən bir il ötdüyünü bildirib və onun vətəninə qayıtması üzərində işi davam etdirəcəyini vəd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Bayden Ağ Evin saytında dərc olunan bəyanatda bildirib.

“Onun azadlığa çıxması üçün hər gün işləməyə davam edəcəyik”, - deyən prezidentin fikrincə, Rusiya amerikalılardan alver vasitəsi kimi istifadə edir: “Mətbuata hücum edən və jurnalistləri təqib edən hər kəsə qətiyyətlə qarşı çıxacağıq”, - deyə Bayden Rusiya Federasiyasında casusluqda ittiham olunan ABŞ vətəndaşı Pol Uilanı xatırladaraq əlavə edib.

"The Wall Street Journal"ın müxbiri Qerşkoviç Rusiya Federasiyasında casusluq ittihamı ilə həbs edilib. Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, o, Amerika tərəfinin göstərişi ilə hərəkət edərək, Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət məxfi məlumatları toplayıb. Bununla bağlı jurnalist ötən il martın sonunda Yekaterinburqda saxlanılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə iş açılıb. Qerşkoviç təqsirli bilinərsə, onu 20 ilə qədər həbs gözləyir. O, günahkar olduğunu təkzib edir.

Britaniya, İrlandiya, Kanada və ABŞ vətəndaşlığına malik olan Uilan 2018-ci il dekabrın 28-də Moskvada Metropol otelində bir otaqda casusluq əməliyyatı zamanı saxlanılıb. FTX İstintaq İdarəsi ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə iş açıb. Moskva Şəhər MəhkəməsiUilanı təqsirli bilib və onu 16 il müddətinə ciddi rejimli koloniyaya məhkum edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »