Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Terror aktını törədənlərə mənzil kirayə verən Əlişir Qasımov həbsindən apellyasiya şikayəti verib
Terror aktını törədənlərə mənzil kirayə verən Əlişir Qasımov həbsindən apellyasiya şikayəti verib

“Crocus City Hall”da terror aktını törədənlərə mənzili kirayə verən Əlişir Qasımovun həbsindən apellyasiya şikayəti verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına məhkəmədən məlumat verilib.

“Moskva Basmannı məhkəməsinin Kasımovun həbsi ilə bağlı qərarından məhkəməyə şikayət daxil olub”, - deyə agentliyin həmsöhbəti bildirib.

Məhkəmə iclasından sonra həbs edilən şəxsin anası oğlunun mənzili kimə kirayə verdiyini və nə işlə məşğul olduqlarını bilmədiyini bildirib.

Martın 22-də axşam saatlarında Krasnoqorskdakı "Crocus City Hall" binasında terror aktı törədilib. 143 nəfər həlak olub, daha 382 nəfər yaralanıb. Həmin gün terror aktını törədən dörd nəfər saxlanılıb: Dalerjon Mirzoev, Saidakram Rachabalizoda, Şəmsəddin Fariduni və Muhammadsobir Fayzov. Onlar Ukrayna sərhədinə doğru gedərkən Bryansk vilayətində saxlanılıblar. Daha sonra hücum edənlərin şərik olduğu ehtimal edilən dörd nəfər: Aminçon və Dilovar İslamov qardaşları və onların atası İsrail İslamov, həmçinin Əlişir Kasımov saxlanılaraq nəzarətə götürülüb.

Bu barədə mətbuata hüquq-mühafizə orqanlarından məlumat verilib. Verilən məlumata görə, terrorçulara “Renault” markalı avtomobili satan İslamov və onun iki oğlu, habelə mənzili onlara kirayə vermiş Qasımov Mirzəyev, Rəçabəlizoda, Fəriduni və Fayzovun terror aktı törətmək niyyətindən xəbərdar olublar. Hüquq-mühafizə orqanları qeyd edirlər ki, onlar hadisənin hazırlığından xəbərdar olublar və bu işdə onlara kömək ediblər. Bundan əvvəl “Kommersant” qəzeti İslamov qardaşlarının terrorçular üçün məlumat toplayıb, onları nəqliyyatla təmin etdiklərini yazıb.

Terrorçulara avtomobil və ev kirayə verən şəxslər hadisədən xəbərsiz olduqlarını bildiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »