Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google"dan süni intellektə nəzarət edən süni intellekt: İnsanlardan daha dəqiq nəticələr verir
"Google"dan süni intellektə nəzarət edən süni intellekt: İnsanlardan daha dəqiq nəticələr verir

"Google" məhsuldar süni intellektin əldə etdiyi nəticələrə nəzarət edəcək süni intellekt hazırlayıb. İnsandan daha yaxşı nəticələr verən "SAFE" adlı süni intellekt "Google" Axtarış xidmətindən də dəstək alır.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Google"un süni intellekt tədqiqat bölməsi "DeepMind" yeni süni intellekt hazırlayıb. "SAFE" adlanan bu süni intellekt xüsusiyyətləri baxımından olduqca diqqətçəkəndir. Çünki bu süni intellekt dünyanın ən məşhur süni intellekt alətlərini idarə etmək üçün hazırlanıb. "SAFE" "süni intellekt işimizi alacaq" mövzusunda müzakirələri yenidən alovlandırır.

"SAFE" "ChatGPT" kimi generativ süni intellekt alətlərinin əsasını təşkil edən böyük dil modelləri tərəfindən əldə edilən nəticələri yoxlamaq üçün hazırlanıb. Sistem belə işləyir; süni intellekt istifadəçinin daxil etdiyi məlumat əsasında mətn hazırlayır. "SAFE" bu mətndə olan məlumatların düzgünlüyünü yoxlamaq üçün "Google" Axtarışdan istifadə edir. Nəticələr düzgündürsə, heç bir problem yoxdur, lakin səhv nəticələr üçün "ChatGPT" kimi süni intellekt yenidən xəbərdar edilir.

"Google" "DeepMind" komandası "SAFE"nin nə qədər uğurlu olduğunu görmək üçün geniş araşdırma aparıb. Bu araşdırma süni intellektin yüzdə 72 nisbətində insanlarla eyni performansa sahib olduğunu ortaya qoyub. Tədqiqatçılar insanların və süni intellektin fərqli olduğu məsələləri araşdırdılar və bu dəfə "SAFE"nin analizinin 76 faizinin daha dəqiq olduğu anlaşılıb. Başqa sözlə, süni intellektə nəzarət edən süni intellekt diqqətli omaqda insanları ötüb.

"SAFE"in insanlardan daha bir üstünlüyü var. "DeepMind" komandası müəyyən edib ki, bu süni intellektə sahib olmanın dəyəri bir işçini işə götürməkdən 20 dəfə ucuzdur. Başqa sözlə, kadrları işə götürmək əvəzinə "SAFE"dən kömək alan biznes daha ucuz qiymətə daha dəqiq nəticələr əldə edəcək. Görək "SAFE" geniş yayılmağa başlayanda hansı müzakirələri gündəmə gətirəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »