Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Mask "X"də ödənişli abunəliklərin pulsuz olacağını açıqlayıb: Ancaq bir şərt var
Elon Mask "X"də ödənişli abunəliklərin pulsuz olacağını açıqlayıb: Ancaq bir şərt var

Elon Mask "X"in ödənişli abunə paketlərinin bəzi istifadəçilər üçün pulsuz olacağını açıqlayıb, lakin bu hüququ əldə etmək üçün yerinə yetirilməli olan bəzi şərtlər var.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, "X" rəhbəri Elon Mask platformaya marağı artırmaq üçün işlərini davam etdirir. Bu kontekstdə bundan sonra bəzi istifadəçilər Premium və ya Premium+ funksiyalarından pulsuz istifadə edə biləcəklər. Bunun üçün vacib məqam təsdiqlənmiş izləyicilərin sayı olacaq.

"İrəli gedərək, 2500+ təsdiqlənmiş abunəçisi olan bütün "X" hesabları Premium xüsusiyyətləri əldə edəcək və 5000+ izləyicisi olan hesablar pulsuz Premium+ əldə edəcək", - deyə bildirib.

Bəs bu vəziyyət nə qədər insana təsir edəcək? Bu mövzuda hələlik dəqiq məlumat yoxdur. İlon Maskın açıqlamalarında abunəçi, izləyici və abunə kimi anlayışlar tez-tez bir-birini əvəz edir. Kriteriya insanların abunəçiləridirsə, Premium-dan pulsuz istifadə edə bilən 4 nəfər, Premium+ istifadə edə bilən daha 4 nəfər var və bu insanlardan biri Maskın özüdür. Digər tərəfdən, yalnız izləyicilər nəzərə alınarsa, daha çox insan bu xüsusiyyətdən faydalana biləcək.

Bu vəziyyət "X"də daha çox qarşılıqlı əlaqə və daha çox izləyici gətirəcək. Beləliklə, "X" son vaxtlar itirdiyi aktiv istifadəçiləri geri qaytarmağı bacaracaq. Sosial media platformasının son zamanlar süni intellekt sahəsində irəliləyiş əldə etməyə çalışdığını nəzərə alsaq, görünür "X" daha çox məzmunun istehsalı və daha çox qarşılıqlı əlaqə üçün şərtləri irəli sürəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »