Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Parkinq qiyməti, vağzal ərazisində xidmət göstərənlərdən kənar avtomobillərin sıxlığına görə təyin olunub"
"Parkinq qiyməti, vağzal ərazisində xidmət göstərənlərdən kənar avtomobillərin sıxlığına görə təyin olunub"

Bir müddət əvvəl anidən qərar verildi ki, “28 May” metrosu yaxınlığındakı parklama yeri ləğv edilir və hətta həmin ərazidən keçən avtomobilləri də nə az, nə çox 80 manat cərimə etməyə başladılar. “28 May” metrostansiyasının ərazisində əhaliyə xidmət edən, hətta belə deyərdim ki, daha ucuz məhsulların satıldığı çox sayda mağazalar var. Bu mağazalar uzun illərdir ki, əhaliyə xidmət edir. Bu mağazalarda çalışan insanlar, mağaza sahibləri, yaxınlıqda fəaliyyət göstərən qurumların işçiləri, dəmiryolu ilə səyahət edənlər, dəmiryolundan istifadə edənlər avtomobillərini bu parklama yerində saxlayırdılar. Parklama yerinin bağlanması əhalinin böyük narazılığına səbəb olmuşdu. Ötən gün ADY, güya bu narazılığını aradan qaldırmaq üçün ərazidə parklama yeri yaratdı. Amma parklama üçün elə bir qiymət qoydular ki, bu da əhalinin narazılığına səbəb oldu.

Nəqliyyat eksperti Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dövlət tərəfindən idarə olunan parkinqlərdə qiymətlərin bu səviyyədə təşkil edilməsinin səbəbləri var.

Elməddin Muradlı Elməddin Muradlı

“Dəmiryolunun ərazisində olan parkinq ərazisi 72 avtomobillik parkinqdir. Sadəcə “28 may” ətrafında giriş məhdudlaşdırılandan sonra insanlar narazılıq edirdi ki, “biz dəmiryolu vağzalından istifadə edərkən yüklərimizi necə gətirməliyik, yüklərimizi necə aparmalıyıq?”...

Aidiyyatı qurumlar da bunu nəzərə aldılar. Belə bir parkinq üçün yaratdılar. Vətəndaşlar səfərə çıxarkən şəxsi avtomobilləri və yaxud da taksi ilə həmin əraziyə gələrək rahat gedə bilsinlər. Yaxud da qatardan düşəndən sonrada öz yüklərini rahat şəkildə qatardan düşürüb, avtomobilə, taksiyə və yaxud da harasa apara bilsinlər. Burada məqsəd sırf ondan ibarət idi ki, o əraziyə avtomobil girişi olsun. Bunu parklama qiymətlərinin baha olması və insanların incidilməsi kimi qələmə vermək olmaz. Ərazi məhdud olduğuna görə, qiymətlər o formada qoyulub ki, ərazi dolmasın. Dəmiryol ərazisində olan parklama yerinin qiymətinin mövcud vəziyyəti o məqsədə xidmət edir ki, dəmiryolundan istifadə edən insanlar bundan səmərəli istifadə edə bilsinlər”-deyə ekspert qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »