Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN Qəzzadakı vəziyyətə görə beynəlxalq qurumların effektivliyinə şübhə edir
İran XİN Qəzzadakı vəziyyətə görə beynəlxalq qurumların effektivliyinə şübhə edir

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani İsrailin Fələstinin Əl-Şifa xəstəxanasında keçirdiyi əməliyyat fonunda beynəlxalq qurumların effektivliyini şübhə altına alıb.

Bizimyol.info xəbər verir ki, Kənani "X" sosial platforma hesabındakı səhifəsində (keçmiş "Twitter") İsrail Silahlı Qüvvələrinin (İSQ) Fələstinin Əl-Şifa xəstəxanasında hərbi əməliyyat keçirməsi ilə bağlı məlumatları şərh edərkən yazıb.

"Beynəlxalq qurumlar siyasi mövqe bildirmək, bəyanatlar vermək və qətnamələr qəbul etməklə yanaşı, əslində bu soyqırımın qarşısının alınması, eləcə də hərbi cinayətkarların mühakimə olunması ilə məşğul olmamalıdırlarmı?", - deyə qeyd edib.

Onun fikrincə, Əl-Şifa xəstəxanasının mühasirəyə alınması və Əl-Amal xəstəxanasına edilən hücumlar İsrail ordusunun Qəzza zolağında “müharibə cinayətləri və soyqırımlarının bir hissəsidir.

Mart ayında İSQ Əl-Şifa xəstəxanasında və Əl-Amal xəstəxanasının yerləşdiyi qərb Xan Yunisdə hərbi əməliyyatlar keçirib. İSQ iddia edir ki, məqsədi “terror infrastrukturunu məhv etmək”dir və Əl-Şifa xəstəxanası Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən “terror fəaliyyətləri” üçün istifadə olunur. Martın 22-də Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib ki, İsrail hərbi əməliyyatlarının davam etdiyi Əl-Şifa xəstəxana kompleksinin ərazisində 240-a yaxın mülki şəxs var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »