Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kolumbiya bütün argentinalı diplomatların deportasiya edildiyini elan edib
Kolumbiya bütün argentinalı diplomatların deportasiya edildiyini elan edib

Kolumbiya Argentina prezidenti Xavyer Mileyin prezident Qustavo Petronun “qatil terrorçu” olduğunu deməsindən sonra ölkədəki bütün argentinalı diplomatların deportasiya ediləcəyini açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Mileyin prezident Petro haqqında "qəbuledilməz" ifadələr işlətdiyinə görə bütün Argentinalı diplomatların deportasiya ediləcəyi açıqlanıb.

Bəyanatda prezident Petronun Kolumbiya xalqının “azad iradəsi” nəticəsində demokratik yolla seçildiyi xatırladılıb: “Argentina prezidentinin bəyanatları nəinki xalqımızın etimadını zədələdi, həm də demokratik yolla seçilmiş prezident Petronun şərəfinə xələl gətirdi”, - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, Miley "CNN"ə verdiyi müsahibədə Petro haqqında belə deyib: “Qatil terrorçu olan birindən çox şey gözləmək olmaz”.

Yerli mətbuatın məlumatına görə, Kolumbiya Xarici İşlər Nazirliyinin deportasiya qərarını diplomatik kanallarla Argentina səfirliyinə çatdıracaq. Argentina prezidenti Mileyin ölkəsindəki seçki kampaniyası zamanı “sosialist və kommunist” siyasətçilərə qarşı sərt ifadələri Petronun “Hitlerin sözləri” ilə müqayisə edilib.

2023-cü il noyabrın 19-da Miley ikinci prezidentlik turunda qalib gəldikdən sonra açıqlama verən Petro, nəticəni "kədərli" olaraq xarakterizə edib. Petronun Mileyi Argentinanın keçmiş diktatoru Xorxe Videla və Çilinin keçmiş hərbi diktatoru Auqusto Pinoçetlə müqayisə etməsi də ikisi arasında gərginliyə səbəb olub.

Argentina prezidenti Miley prezident Petronun “Kolumbiyanı məhv edən qatil kommunist” olduğunu dedikdən sonra Kolumbiya Buenos-Ayresdəki səfirini yanvarın 27-də “məsləhətləşmə” üçün çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »