Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz: Almaniya kəşfiyyatı Moskvada gözlənilən terror aktından xəbərsiz olub
Şolz: Almaniya kəşfiyyatı Moskvada gözlənilən terror aktından xəbərsiz olub

Almaniya kansleri Olaf Şolz Almaniyanın xüsusi xidmət orqanlarının Moskva vilayətində gözlənilən terror aktı ilə bağlı məlumata malik olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Şolz "Maerkische Allgemeine Zeitung" qəzetinə müsahibəsində, Alman kəşfiyyatının amerikalıların Rusiyaya xəbərdarlıq etdiyi terrorçuların planlarından xəbərdar olub-olmaması sualına cavab verərkən deyib.

"Xeyr, amma Amerika kəşfiyyat agentliklərinin yəqin ki, məlumatları var idi", - deyə kansler bildirib.

“Və ABŞ hökumətinin siyasətinin bir hissəsidir ki, digər ölkələr barədə belə məlumat alanda onlara xəbərdarlıq edirlər. Bu dəhşətli terror aktının baş verməsi daha çox təəssüf doğurur”, - deyə Solz əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »