Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sərhədçilərinin Ermənistan Zvartnots hava limanından çıxarılması məsələsi həll olunub
Rusiya sərhədçilərinin Ermənistan Zvartnots hava limanından çıxarılması məsələsi həll olunub

"Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması məsələsi nəhayət həll olundu, İrəvan və Moskva artıq bunu müzakirə etmirlər".

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

“Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir, mən düşünmürəm ki, burada hər hansı müzakirə gedir. Bu prosesi dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edilir. Bu, idarələrarası müqavilə idi, məqsədi bu sahədə erməni sərhədçilərinə fayda vermək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur. Dedik ki, köməyinizə görə minnətdarıq, amma indi bu yardıma ehtiyacımız yoxdur. Öz sərhədçilərimiz mütəxəssis kimi yetişib və işi öz üzərlərinə götürməyə hazırdırlar”, - deyə o, əlavə edib ki, rus sərhədçiləri 2024-cü il avqustun 1-dək Zvartnotsdan çıxacaqlar.

Bundan başqa, Ermənistan və Rusiya 1992-ci ildən dövlətlərarası müqavilə əsasında qoruduğu Ermənistan-Türkiyə sərhədindən rus sərhədçilərinin çıxarılmasını müzakirə etmir.

“Belə söhbət yoxdur, belə deyil”, - deyə Simonyan jurnalistin müvafiq sualını cavablandırıb. Eyni zamanda Simonyan Rusiya sərhədçilərinin “Türkiyə Ermənistana hücum etmək qərarına gələrsə” sərhədi qoruyacağına şübhə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »