Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden seçki məğlubiyyətindən yaxa qurtarmağın yollar axtarır - "NYT"
Bayden seçki məğlubiyyətindən yaxa qurtarmağın yollar axtarır - "NYT"

"ABŞ prezidenti Co Bayden 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində uduzmaq etimalından narahat olduğuna görə, məsləhət almaq üçün Ağ Evin keçmiş prezidenti Barak Obamaya zəng edib".

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazıb.

Nəşrin verdiyi məlumata görə, prezident seçkiləri yaxınlaşdıqca Bayden mütəmadi olaraq Obama ilə seçki kampaniyası barədə telefonla danışır. Öz növbəsində Obama, strategiyanı müzakirə etmək və məsləhətlər vermək üçün seçki kampaniyasının yüksək səviyyəli məsləhətçilərini və Ağ Evin aparat rəhbəri Ceff Zintsi çağırıb.

Baydenin köməkçilərindən birinin sözlərinə görə, Obama Baydenin uduzacağından “həmişə narahat olub”, ona görə də onu dəstəkləməyə hazırdır. Belə ki, nəşrin yazdığına görə, hələ 2015-ci ildə Amerikanın hazırkı lideri növbəti il keçiriləcək seçkilərdə Donald Trampa rəqib olmaq istəyəndə Bayden bu ideyasından əl çəkərək yerini Ağ Evin daha güclü namizəd hesab etdiyi Hillari Klintona verməyə məcbur olub.

"Axios" martın 18-də bildirdi ki, Bayden tez-tez özünü 2009-2017-ci illərdə vitse-prezident vəzifəsində çalışdığı Obama ilə müqayisə edir və siyasət qərarlarını onunla onilliklər boyu davam edən rəqabətinə əsaslandırır.

Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəl Bayden ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trumpı məğlub etmişdi və görünür bu ilki seçkilərin eyni namizədlər arasında mübarizsi proqnozlaşdırıla bilər. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »