Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: Dövlət sərhədində istənilən təxribat hərbi yolla dayandırılmalıdır
Lukaşenko: Dövlət sərhədində istənilən təxribat hərbi yolla dayandırılmalıdır

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, dövlət sərhədində istənilən təxribat hərbi yolla yatırılmalı və məğlub edilməsi üçün” tədbirlər görülməlidir.

Bizimyol.info xəbər verir ki, bunu , Lukaşenko birləşmələrin və hərbi hissələrin döyüş hazırlığının yoxlanılması üzrə tədbirlərin həyata keçirildiyi Qrodno vilayətinin Oşmyanı rayonuna işgüzar səfəri zamanı deyib.

“Mən açıq deyəcəyəm: istənilən təxribat hərbi yolla yatırılmalıdır. Heç kim bu cür məslələlərdə heç kimə güzəştə getməməlidir. Dövlət sərhədinin hər hansı halda pozulması məğlubiyyətlə cəzalandırılır”, - deyə prezident qeyd edib. Onun sözlərindən prezidentin mətbuat xidmətinə yaxın olan “Pool of the First” "Telegram" kanalı sitat gətirib. Lukaşenko vurğulayıb ki, qanunu pozanlar “yalnız gücü başa düşürlər”.

Hazırda respublikanın silahlı qüvvələrinin tərkibində aparılan birləşmə və hərbi hissələrin döyüşə hazırlığının yoxlanılması zamanı sərhəd bölməsinin gücləndirilməsi, patrul xidməti, pilotsuz uçuş aparatları vasitəsilə ərazinin havadan kəşfiyyatı da həyata keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »