Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İMQ: Müqavimət hərəkatının İsrailə hücumlarının arxasında İran dayanır
İMQ: Müqavimət hərəkatının İsrailə hücumlarının arxasında İran dayanır

İsrail Müdafiə Qüvvələri (İMQ) İranın Qəzza zolağından kənarda "dörd cəbhədə" yəhudi dövlətinə qarşı artan "müqavimət hərəkatının" hücumlarının arxasında olduğuna inanır.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” jurnalı məlumat yayıb.

“Hərəkat”a müsəlman, əsasən şiə, yarımhərbi qruplaşmalar daxildir. Nəşrin məlumatına görə, Hizbullah hər gün Livandan, bəzən də Suriyadan İsrailin şimalına hücum edir. “İraqın İslam Müqaviməti” şiə hərəkatının yarımhərbi birləşmələri də vaxtaşırı yəhudi dövlətindəki hədəflərə hücum edir. Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatı getdikcə daha çox İsrailin Eylat şəhərindəki hərbi obyektlərinin atəşə tutulduğunu iddia edir.

İsrail ordusunun sözçüsü Daniel Həqarinin jurnala verdiyi məlumata görə, İran bölgədəki bütün bu yarımhərbi qruplara nəzarət edir: “İran Livan, Yəmən, İraq və Suriyanı çox mürəkkəb bir şəkildə işğal edib və bu ölkələrdən İsrailə qarşı müharibə aparmaq üçün, lakin təkcə İsrailə qarşı deyil, sünni ölkələrinə, eləcə də Qərb dünyasındakı günahsız mülki insanlara qarşı istifadə edir”, - deyə Həcəri bildirib.

İran rəsmiləri dəfələrlə onların regiondakı müxtəlif “müqavimət oxu”nun hərbiləşdirilmiş qüvvələri üzərində komandanlıq və ya nəzarəti həyata keçirdiklərini təkzib ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »