Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayvan "TikTok"u "milli təhlükəsizliyə təhdid" olaraq görür
Tayvan "TikTok"u "milli təhlükəsizliyə təhdid" olaraq görür

Çinlə suverenlik mübahisəsi olan Tayvanda hökumət sosial şəbəkə tətbiqi "TikTok"u “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirdiklərini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Tayvanın "CNA" agentliyinin məlumatına görə, rəqəmsal məsələlər naziri Audrey Tang keçən həftə keçirilən parlament iclasında Çinin "Bytedance" şirkətinin əsas tərəfdaşı olduğu "TikTok"un milli informasiya və kommunikasiya təhlükəsizliyi baxımından “təhlükəli məhsul” kimi təsnif edildiyini bildirib.

Nazir Tanq düşmən dövlətlərin dolayı və ya birbaşa nəzarətində olan məhsulların milli təhlükəsizliyə təhdid hesab edildiyini vurğulayıb. Tayvan rəsmisinin açıqlaması göstərir ki, ada hökumətinin "TikTok"la bağlı mövqeyi milli təhlükəsizlik səbəbi ilə tətbiqin qadağan edilməsini müzakirə edən ABŞ-la uyğundur.

ABŞ Konqresinin Nümayəndələr Palatası "TikTok"un ölkədə qadağan edilməsinə yol açan qanun layihəsini martın 13-də qəbul edib və qanun layihəsi təsdiq üçün Senata göndərilib.

ABŞ prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.

"TikTok"un “milli təhlükəsizliklə bağlı problem yaratdığı” səbəbiylə qadağan edilməsinə yol açan qanun layihəsi qanuna çevrilərsə, əsas tərəfdaş Çin şirkəti "ByteDance" platformanı təhvil verməli olacaq.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra qoşunların qalıqları ilə oraya sığınan Çan Kayşi adanı dövlət elan edərək ayrılma və suverenlik mübahisəsi başladıb, proses hələ də davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »