Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken Qalanta deyib ki, Rəfahda quru əməliyyatına alternativlər var
Blinken Qalanta deyib ki, Rəfahda quru əməliyyatına alternativlər var

ABŞ dövlət katibi Antoni Blinken İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalanta Vaşinqtonun Qəzza zolağının cənubundakı Rəfah şəhərində böyük quru əməliyyatına alternativlərin mövcudluğu ilə bağlı mövqeyini çatdırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, Blinken İsrailin Fələstinin HƏMAS hərəkatı üzərində, o cümlədən Rəfahda tam qələbəyə nail olmaq niyyətini dəstəklədiyini bildirsə də, anklavın cənubunda məskunlaşan 1,4 milyondan çox fələstinli mülki şəxsin həyatını təhlükə altına alan genişmiqyaslı əməliyyatın keçirilməsinin əleyhinə olduğunu diqqətə çatdırıb: “Dövlət katibi İsrailin təhlükəsizliyini və fələstinli mülki əhalinin müdafiəsini daha yaxşı təmin edəcək genişmiqyaslı quru işğalına alternativlərin olduğunu bildirib”, - deyə mesajda qeyd edilir.

Bundan əlavə, Millerin sözlərinə görə, ABŞ-ın xarici siyasət rəhbəri İsrailin müdafiə naziri ilə Qəzza zolağının mülki əhalisinin ehtiyaclarını ödəmək üçün əlavə humanitar yardımın təcili və davamlı artırılmasının zəruriliyini müzakirə edib.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox girovun, o cümlədən uşaq, qadın və yaşlı insanların əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar.

İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək zolağa, eləcə də Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »