Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni Zelandiya çinli hakerləri ölkənin parlament şəbəkələrinə hücumlarda ittiham edir
Yeni Zelandiya çinli hakerləri ölkənin parlament şəbəkələrinə hücumlarda ittiham edir

Yeni Zelandiya hakimiyyəti çinli hakerləri milli parlamentin məlumat bazalarına və şəbəkələrinə hücumlarda ittiham edib və Çin hökumətini bu cür qrupları dəstəkləməkdən çəkinməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, ölkənin xarici işlər naziri Uinston Piters müvafiq bəyanatla çıxış edib.

Xarici işlər nazirinin sözlərinə görə, Yeni Zelandiya hökuməti Çin hökumətinin dəstəklədiyi haker qruplarının Yeni Zelandiyanın demokratik strukturlarına qarşı zərərli fəaliyyətindən ciddi şəkildə narahatdır: “Xarici müdaxilələr qəbuledilməzdir və biz Pekini gələcəkdə bu cür fəaliyyətlərdən çəkinməyə çağırırıq. Yeni Zelandiya bu cür hərəkətləri gördüyümüz zaman ardıcıl və proqnozlaşdırıla bilən şəkildə danışmağa davam edəcək”, - Peters Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bundan əvvəl Yeni Zelandiyanın kəşfiyyat xidmətlərinin işinə də nəzarət edən Yeni Zelandiyanın baş prokuroru Cudit Kollinz 2021-ci ildə parlament şəbəkələrinə və məlumat bazalarına təsir edən iki kiberhücumdan sonra aparılan araşdırmanın başa çatdığını elan edib: "Dövlət kibertəhlükəsizlik mərkəzinə görə, parlament şəbəkələrinə hücumların arxasında Çin hökumətinin dəstəklədiyi "APT40" qrupu dayanır. Kəşfiyyat xidmətlərinin hakerləri Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi ilə əlaqələndirməyə imkan verən məlumatlara sahib olub", - deyə baş prokuror iddia edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »