Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanı dünyanın ən böyük süni intellekt investoruna çevrilir...
Səudiyyə Ərəbistanı dünyanın ən böyük süni intellekt investoruna çevrilir...

Səudiyyə Ərəbistanı administrasiyası süni intellekt bazarına güclü giriş etməyə hazırlaşır. Yaxın Şərq ölkəsi planlaşdırdığı sərmayəni reallaşdıra bilsə, bazarın ən böyük aktoruna çevrilə bilər.

Bizimyol.info "webtekno"ya istinadə xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti süni intellektə sərmayə qoymaq üçün təxminən 40 milyard dollarlıq fond yaratmağa qərar verib. Bu qərar öz bəhrəsini verərsə, Səudiyyə Ərəbistanı artıq insanların həyatını formalaşdırmağa başlayan bu texnologiya üzərində əhəmiyyətli üstünlük əldə edə bilər.

Üstəlik, Səudiyyə rəsmiləri artıq hərəkətə keçib. Məsələyə yaxın mənbələrdən verilən məlumata görə, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu rəsmiləri Silikon Vadisinin ən əhəmiyyətli sahibkarlarından biri olan Andreessen Horovit və bəzi digər mühüm adlarla görüşərək potensial əməkdaşlıqlar barədə danışıblar.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük süni intellekt investoru ola bilər

Planlaşdırılan texnologiya sərmayəsi birdən Səudiyyə Ərəbistanını dünyanın ən böyük süni intellekt investoru edə bilər.

Ölkə hökuməti uzun müddətdir ki, neft inhisarından əldə etdiyi gəlirləri diversifikasiya etmək üçün çalışır və onlar süni intellekt investisiyaları sayəsində özlərinə yeni qapı aça bilirlər. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun aktivləri 900 milyard dolları ötüb.

Səudiyyə Ərəbistanı təkcə süni intellekt modelləri hazırlayan şirkətlərə investisiya qoymayacaq. Məlumat mərkəzləri, çip istehsalçıları və digər əlaqəli sahələrdə fəaliyyət göstərən şirkətlər də bu investisiyalardan faydalana biləcəklər. Səudiyyə rəsmilərinin də bu investisiyalar çərçivəsində öz süni intellekt modellərini yaratmağı planlaşdırdıqları bildirilir. "Wall Street" bankları vasitəsilə yönəldiləcək investisiyalarla süni intellekt bazarı çox dəyişəcək.

Səudiyyə Ərəbistanı əvvəllər "Uber" kimi startapları dəstəkləyib və 45 milyard dollarla "SoftBank" təşəbbüsündə iştirak edib. Səlahiyyətlilər, "SoftBank" investisiyaları arasında uğursuzluğa düçar olan "WeWork "və "Zume" kimi markalara görə investisiyalarını bir müddət texnologiyadan uzaq tutmuşdular.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »