Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna: Bizim Moskvadakı terror aktı ilə heç bir əlaqəmiz yoxdur
Ukrayna: Bizim Moskvadakı terror aktı ilə heç bir əlaqəmiz yoxdur

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bəyan edib ki, onların ölkəsinin Rusiyanın paytaxtı Moskvada baş vermiş terror aktı ilə “zərrə qədər də əlaqəsi yoxdur”.

Bizimyol.info xəbə verir ki, Podolyak Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskvadakı “Crocus City Hall” konsert zalında törədilən terror aktında iştirak edən terrorçuların “Ukrayna sərhədinə doğru qaçmağa cəhd göstərdiyi və Ukrayna tərəfi ilə əlaqə saxladığı” barədə iddialara cavab verib.

Ukraynanın Moskvadakı hücumla heç bir əlaqəsi olmadığını qeyd edən Podolyak: "Krokus Siti Holl"dakı terror hücumunda Rusiya səlahiyyətlilərinin "Ukraynanın izi" versiyasını gözləyirdik" deyib. Primitivlik və proqnozlaşdırıla bilənlik Rusiya təhlükəsizlik xidmətlərinin ideal xüsusiyyətləridir. Rusiya Federal Təhlükəsizlik Xidməti bunu bir daha təsdiqlədi", - deyə o qeyd edib.

Podolyak Moskvanın mərkəzi bölgəsində insanların sıx məskunlaşdığı yerə heç bir nəzarət olmadan daxil olan silahlı qrupun 1,5 saat atəş açdığını və Rusiya hüquq-mühafizə orqanlarının buna müdaxilə etmədiyini bildirib.

Podolyak binaya ziyan vuran terror qruplaşmasının rahatlıqla məkanı tərk etdiyini bildirib: “İlkin məlumatlar və şahid ifadələri hücum edənlərin portretlərini təqdim edir və onların radikal İslam (İŞİD) nümayəndələri ilə əlaqəsini aydın şəkildə göstərir. Axtarışda olan şəxslər açıq-aşkar, nümayişkaranə keçid etmək məqsədi ilə aktiv münaqişələrin olduğu və hər qarışının Rusiya təhlükəsizlik qüvvələri ilə dolu olduğu bağlı sərhəd keçidlərinə doğru irəliləyirlər. Ukraynanı terror aktı ilə əlaqələndirmək cəhdi tamamilə müdafiə olunmazdır. Ukraynanın bu hadisə ilə zərrə qədər də əlaqəsi yoxdur", - Podolyak deyib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvanın “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zalda avtomat silahlarla hara gəldi atəş açdıqları əks olunub.

Konsert zalının yerləşdiyi binanın damında yanğın baş verib, dam örtüyü bir müddət sonra uçub. Rusiya İstintaq Komitəsi hücumda 150-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »