Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirbi: "Putin boş oturub bizim nə edəcəyimizi gözləmir"
Kirbi: "Putin boş oturub bizim nə edəcəyimizi gözləmir"

Ağ Ev Nümayəndələr Palatasını Ukrayna, İsrail və Taylanda hərbi yardım haqqında qanun layihəsini tez bir zamanda təsdiq etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə Ukrayna şəhərlərinin kütləvi atəşə tutulmasını şərh edərkən bildirib.

“Ukrayna rəsmiləri bildiriblər ki, ölkələrinin ən azı 10 müxtəlif bölgəsinə vurulan zərbələr və 1 milyondan çox evi işıqsız qoyub”, - deyə o qeyd edib. Kirbinin sözlərinə görə, bu, Ukraynaya özünü müdafiə etmək üçün lazım olan vasitələri verməklə, hərbi yardımın göstərilməsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirir.

"Putin gözləmir. O, boş oturub bizim hansı addımı atcağımızı gözləmir. Konqresimiz hərəkətə keçməkdən imtina edərkən, o, əlində olan hər dəqiqəni ölümcül şəkildə istifadə edir. O, tərəddüd etmir, biz də etməməliyik", - deyə o vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »