Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell "Crocus City Hall"dakı terror aktını pisləyib
Borrell "Crocus City Hall"dakı terror aktını pisləyib

Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktını qətiyyətlə pisləyib və dünya ictimaiyyətini terrorizmlə mübarizədə qətiyyətli olmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial platformadakı səhifəsində yazı..

“Dünən gecə Moskva yaxınlığında törədilən dəhşətli terror aktını ən kəskin şəkildə pisləyirəm. Terror növbəti dəfə müdafiəsiz insanları hədəf alıb”, - deyə o qeyd edib.

Borrell həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət terror bəlasına qarşı mübarizədə qırılmaz əlaqə və möhkəm birlik nümaiş etdirməlidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »