Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Keyfiyyətli" yuxu üçün diqqət olunmalı nöqtələr: yataqda uzanma forması, yastığın növü, otağın temperaturu...
"Keyfiyyətli" yuxu üçün diqqət olunmalı nöqtələr: yataqda uzanma forması, yastığın növü, otağın temperaturu...

Ən keyfiyyətli yuxu almaq üçün hansı vəziyyətdə yatmalıyıq? Üzərində yatdığımız yastıq necə olmalıdır? Yaxşı bir gecə yuxusu almağın əsas məqamlarına nəzər salaq.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bütün canlıların ehtiyac duyduğu yuxu insanlar üçün də böyük əhəmiyyət kəsb edir. O qədər ki, kifayət qədər yuxu almaq həm ruhi, həm də fiziki sağlamlığımıza ciddi fayda gətirir. Mütəxəssislər həmçinin deyirlər ki, yuxu stressimizi azaldaraq əhval-ruhiyyəmizi yaxşılaşdırır, xəstəliklərə qarşı müqavimətimizi artırır və hətta insanlarla münasibətlərimizə təsir edir.

Yaxşı, keyfiyyətli yuxu almaq üçün nə etməliyik? Hansı mövqedə yatmağımızın əhəmiyyəti varmı? Bu mövzularda aparılan araşdırmalar daha yaxşı yuxu üçün duruşumuzun əhəmiyyətindən tutmuş hansı yastıqları seçməli olduğumuza qədər bir çox suala cavab verir.

Yaxşı yuxu üçün bizə hərəkət etməyimizə imkan verən geniş bir boşluq lazımdır

Avstraliyanın Bond Universitetindən köməkçi professor Kristian Moro və doktorant Şarlotte Fhelps tərəfindən nəşr olunan məqalə keyfiyyətli yuxu almaq üçün nə lazım olduğu barədədir.

Məlum olduğu kimi, çoxumuz sağ və ya sol tərəfimizə uzanaraq yatmağa üstünlük veririk. Mütəxəssislərin fikrincə, bu yaxşı haldır, çünki arxa yatanlar digərlərinə nisbətən daha problemli yatır və gecə boyu nəfəs almaqda çətinlik çəkə bilərlər.

Tədqiqatçılar tövsiyyə edir ki, əgər bir tərəfdaşla yatırsınızsa və problem yaşayırsınızsa, yataqda tərəfləri dəyişdirin və ya daha böyük bir çarpayı alın. Özünüzü sıxmamağınız və hər iki tərəfə keçmək üçün geniş yerə ehtiyacınız olduğu da vurğulanır.

Bir çox insanlar tez-tez gecə saatlarında çox hərəkət edirlər. 664 insan üzərində aparılan araşdırma, insanların yataqda vaxtlarının 54%-ni yan üstə, 37%-ni kürəyində, 7%-ni isə üzü üstə yataraq keçirdiklərini ortaya qoyub. Həmçinin görünür ki, kişilər, xüsusən də 35 yaşdan aşağı olanlar gecələr mövqelərini daha çox dəyişirlər və qadınlardan daha dinc olurlar.

Bu pis bir şey deyil, çünki bədənimiz gecə ərzində hər hansı bir ağrı və ya narahatlığın qarşısını alacaq mövqelərə uyğunlaşır. Buna görə də gündəlik həyatımızda ümumiyyətlə yataq yarası kimi problemlərlə qarşılaşmırıq.

Bəs ən yaxşı yuxu mövqeyi hansıdır?

Mütəxəssislər deyirlər ki, ən yaxşı yuxu mövqeyi ilə bağlı qəti bir araşdırma yoxdur; Bununla belə, qeyd edilir ki, “rahat olmaq” əsas məsələdir. Beləliklə, yaşınız, çəkiniz, ətrafınız, hamilə olub-olmamağınız və fəaliyyətləriniz kimi amillər yaxşı bir gecə yuxusu üçün ən yaxşı yuxu mövqeyini tapmağınıza kömək edə bilər. Bəzi araşdırmalar göstərir ki, biz seçdiyimiz mövqe çərçivəsində dəyişikliklər etməliyik. Məsələn, onurğanın formasına təsir edən yan üstə uzandığımız bəzi mövqelər səhərlər daha çox ağrı ilə oyanmağa səbəb ola bilər.

Yenə də bəzi mövqelər onurğaya stress qoysa da, tədqiqatçılar yan üstə yatmağın ümumiyyətlə digər variantlardan daha yaxşı olduğunu söyləyirlər.

Hansı yastıqda yatmalıyıq?

Yastıqlar keyfiyyətli yuxu üçün mövqelər qədər vacibdir. Yuxu zamanı baş və boyun üçün dəstəyin olmaması onurğaya mənfi təsir edir və bu gün bizi narahat edən boyun və çiyin ağrısı kimi problemlərə səbəb ola bilər.

Tədqiqatçılar yastıq materialının onurğa sütununa təsir etmədiyini, əksinə, yastığın forması və hündürlüyünün önəmli olduğunu bildirir. 'U' formalı yastıqlar daha uzun yuxuya imkan versə də, rulon formalı yastıqla yatmaq xroniki ağrılardan əziyyət çəkən insanların ağrısını azalda bilər.

Bundan əlavə, hər kəsin fərqli yatdığını nəzərə alsaq, hansı döşəyin ən uyğun olduğuna dair qəti cavab yoxdur. Bununla belə, pis çarpayıların olduğunu da qeyd etmək lazımdır. Açıqlamalara görə döşəklərin sərtliyini itirməsi, yaylardan gələn səs-küy, köhnəlmə kimi hallar yuxunuza mənfi təsir göstərə bilər. Bundan əlavə, döşəyinizi ildə bir və ya iki dəfə fırlatmaq, döşəyin daha uzun müddət dayanmasına və daha keyfiyyətli yuxu almağınıza kömək edə bilər.

Keyfiyyətli yuxu üçün digər məsləhətlər: Otağın temperaturuna fikir verin, tualetə getmədən yatmayın

Yaxşı bir gecə yuxusu almaq üçün daha bir neçə məsləhət verək. Tədqiqatçıların fikrincə, yüksək temperatur yuxuya mənfi təsir göstərə bilər; Buna görə ideal temperatur təxminən 18 dərəcə olmalıdır. Otağa hava axını və təmiz havanın daxil olmasına icazə verməyiniz də vacibdir.

Alimlər əlavə edirlər ki, kofein kimi stimulyatorlar yuxu keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Və nəhayət, mütəxəssislər yuxunu poza biləcəyi üçün tualetə getmədən yuxuya getməməyimizi söyləyirlər. Beləliklə, "yüngülləşmədən" yatmağa getməmək üçün diqqətli olmaq keyfiyyətli yuxu üçün vacibdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »