Novruz bayramı ənənə və yaradıcılığın qarşımı ilə ləziz dadlar sınamağın vaxtıdır. TikTok Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilən #TikTokdanÖyrən təşəbbüsü ilə təkcə sizə sevinc bəxş etmir, həm də öyrənməyə kömək edir və kulinariya ilhamını gətirir. Bu təşəbbüs Azərbaycanın hər yerindən istifadəçilərə qısa video formatları vasitəsilə biliklərini bölüşmək və öz üfüqlərini genişləndirmək imkanı verən təhsil məzmununun yaradılmasını təşviq etmək məqsədi daşıyır. Yerli icmanı faydalı məzmun yaratmağa və bilikləri paylaşmağa həvəsləndirmək üçün TikTok maraqlı təhsil videoları hazırlayan yaradıcılara iPhone qazanmaq imkanı verir.
İndi isə TikTok yaradıcılarından qonaqlarınızı heyran edəcək bəzi ləziz yeməklərlə tanış olaq:
- @ulviyaskitchen-in paxlava salatı:
Klassik desertdə @ulviyaskitchen-in ixtiraçı yanaşmasına heyran olmağa hazırlaşın. Onun paxlava salatı kartof, yerkökü, yumurta, toyuq filesi, gavalı qurusu və mayonezdən ibarətdir ki, gözlənilməz olduğu qədər də ləzzətli dad sensasiya yaradır. Bu nəfis salat Novruz ziyafətinə özünəməxsus təam qatmaq istəyənlər üçün mütləq sınanmalıdır. Ülviyyənin TikTok hesabında daha çox kulinariya ləzzətlərini kəşf edə bilərsiniz.
- @cookingart.eu-nun "Gəlin boxçası":
@cookingart.eu-nun "Gəlin boxçası" ilə kulinariya sənəti dünyasına addım atın. Bu desert ənənəvi şəkərburadan ilhamlanıb, lakin onu qonaqlarınızı heyran edəcək yeni formatda təqdim edir. Zərif ləzzət qatları və nostalji çalarları ilə “Gəlin boxçası” sevimli klassikanın müasir üslubundadır və Novruz süfrənizə zəriflik əlavə etmək üçün mükəmməldir. Fərqli dadlar üçün onun TikTok hesabına nəzər aalın.
- @kamilla_cooking-in Şah plovu
@kamilla_cooking-in Şah Plovu ilə kulinariya krallığı aləminə səyahətə çıxarır. Krala yaraşan bu əzəmətli yemək düyü, quzu əti və ətirli ədviyyatların qarışığını birləşdirərək Novruz süfrənizdə ən yüksək ləzzət simfoniyasını yaradır. @kamilla_cooking-in detallara diqqəti və mükəmməlliyə olan həvəsi hər qarışda özünü büruzə verir və Şah plovu Azərbaycan mətbəxinin əsl şah əsərinə çevirir. Kamilla'nın TikTok hesabına baş çəkərək daha çox kulinariya ilhamı əldə edə bilərsiniz.
- @lavitadi_ruru5-in Səməni salatı:
@lavitadi_ruru5-in səməni salatının mütləq dadmalısınız. Bu ləzzətli salat yumurta, kartof, yerkökü, şüyüd, kraker və mayonezi birləşdirərək fərqli dad simfoniyasını yaradır. Novruz süfrəsinə dadlı və doyumlu bir əlavə etmək istəyənlər üçün mükəmməl olan bu səməni salatı hər kəsin xoşuna gələcək. Onun TikTok hesabında daha çox ağız sulandıran reseptlər kəşf edin.
TikTok yaradıcılarının bu cəlbedici reseptləri ilə Novruz süfrənizdən çox danışılacaq. Bayram süfrənizi unudulmaz etmək üçün lazım olan hər şey TikTok-da var. Beləliklə, inqrediyentlərinizi toplayın, yaradıcılığınızı işə salın və qonaqlarınızı bu dadlı yeməklərlə heyran etməyə hazırlaşın. Novruz bayramınız mübarək!