Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya valyuta ilə əldə etdiyi gəlirin yarısını silah proqramlarına sərf edib
Şimali Koreya valyuta ilə əldə etdiyi gəlirin yarısını silah proqramlarına sərf edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri tərəfindən hazırlanan hesabatda Şimali Koreyanın silah proqramlarını kiber fəaliyyətlərdən əldə etdiyi valyuta gəlirlərinin təxminən yarısı ilə maliyyələşdirdiyi iddia edilib.

Bizimyol.info xəbər verir ki, "Yonhap"ın məlumatına görə, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın Sanksiya Komitəsinin ekspertləri 2023-cü ilin iyulundan 2024-cü ilin yanvarınadək BMT-yə üzv dövlətlərdən və digər mənbələrdən alınan açıq mənbəli materiallar və məlumatlar əsasında hazırlanan hesabatın nəticəsini çatdırıblar.

Hesabatda Şimali Koreyanın kiber fəaliyyətlərinin ölkənin xarici valyutasının təxminən yüzdə 50-ni təşkil etdiyi qeyd edilib və bu valyutanın silah proqramlarının maliyyələşdirilməsi üçün istifadə edildiyi iddia edilib.

Hesabatda “Ölkədə həyata keçirilən kütləvi qırğın silahları proqramlarının 40 faizinin qeyri-qanuni kiber fəaliyyətlərlə təmin edildiyi” və Şimali Koreya da daxil olmaqla 2017-2023-cü illər arasında həyata keçirilən təxminən 3 milyard dollar dəyərində şübhəli kiber hücumların da araşdırıldığı bildirilib.

Həmçinin Şimali Koreyanın “nüvə proqramlarını üç dəfə artırdığı” da hesabatda vurğulanıb.

BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı 2021-ci il Sanksiya Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan hesabatda Şimali Koreyalı hakerlərin 2020-ci ildə 300 milyon dollardan çox rəqəmsal kripto pul oğurladığı iddia edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »