Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və NATO hərbi-sənaye əməkdaşlığını müzakirə ediblər
Ukrayna və NATO hərbi-sənaye əməkdaşlığını müzakirə ediblər

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerlə alyansın hərbi dəstəyi və hərbi sənaye əməkdaşlığını müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

"Həmsöhbətlər Ukrayna hərbçilərinin döyüş hazırlığının təmin edilməsi perspektivlərini və Ukraynanın müdafiə sənayesi ilə müttəfiqləri arasında sıx əməkdaşlığı müzakirə ediblər. Xarici işlər naziri NATO-nun Ukraynaya dəstəyini artırmağa, ilk növbədə öldürücü silahlara, Ukraynada təlim təcrübəsinə qayıtmağa və Ukraynada təmir bazalarının yerləşdirilməsinə çağırıb", - deyə mətndə qeyd edilib.

Bundan əlavə, bu ilin yayında Vaşinqtonda keçirilməsi planlaşdırılan NATO sammitindən gözləntilər müzakirə olunub. Bauer yerli təhlükəsizlik konfransında iştirak etmək üçün Kiyevə gəlib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »