Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukashenko: "Parlamentin yeni seçilmiş deputatları düşmənlərimizə sərt cavablar verməlidirlər"
Lukashenko: "Parlamentin yeni seçilmiş deputatları düşmənlərimizə sərt cavablar verməlidirlər"

Belarus prezidenti Aleksandr Lukaşenko Belarus parlamentinin yeni tərkibindən həm ölkə daxilində, həm də xaricdəki bütün opponentlərə qarşı fəal və sərt cavab vermələrini gözləyir.

Bizimyol.info xəbər verir ki, ölkənin "BelTA" xəbər agentliyi Belarus liderinin işlərini başa vurmaqda olan yeddinci çağırış Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları və Respublika Şurasının üzvləri ilə görüşdəki çıxışından sitat gətirir.

“Seçilmiş deputatların fəal olması çox vacibdir ki, onların səsi nüfuzlu olsun. Belə ki, parlament tribunasının arxasında, mətbuatda, ölkədən kənarda onlar Belarusu layiqincə təmsil etsinlər və rəqiblərimizə, düşmənlərimizə sərt cavab versinlər”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, parlamentə Belarus xalqının layiqli nümayəndələri seçilib, onların arasında dövlət maraqlarının qorunmasında böyük təcrübəyə malik olan, bütün vətənpərvər qüvvələrin birləşdirilməsində parlamentin rolunu əhəmiyyətli dərəcədə gücləndirməyə qadir olan çoxlu insanlar var. O xatırladıb ki, seçilən deputatlar arasında 4 siyasi partiyanın 70 üzvü, onlardan 20-si ötən çağırışın deputatları olub.

Belarusda fevralın 25-də parlament və yerli seçkilər üçün vahid səsvermə keçirilib. Milli Assambleyanın Nümayəndələr Palatasının 110 deputatı beş il müddətinə seçilib. Martın 12-də Milli Məclisin Respublika Şurasının (yuxarı palata) üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb. Onun formalaşdırılması üçün yerli deputatlar şuralarının iclaslarında gizli səsvermə yolu ilə hər bir rayondan və Minsk şəhərindən Respublika Şurasının səkkiz üzvü seçilir, Respublika Şurasının daha səkkiz üzvü isə prezident tərəfindən təyin edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »