Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya MSK-sı prezident seçkilərinin yekun nəticələrini açıqlayıb
Rusiya MSK-sı prezident seçkilərinin yekun nəticələrini açıqlayıb

Vladimir Putin rəsmən yenidən Rusiya prezidenti seçilib.

Bizimyol.info xəbər verir ki, martın 15-17-də keçirilən seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib.

Hazırkı dövlət başçısı Vladimir Putinin 87,28 faiz səs topladığı elan edilib. İkinci yeri 4,31 faizlə Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü və dördüncü yerləri “Yeni Xalq” partiyasından olan Vladislav Davankov və LDPR lideri Leonid Slutski müvafiq olaraq 3,85 və 3,2 faizlə tutub.

Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də keçirilməlidir. Putin 2030-cu ilin mayına qədər prezident olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »