Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: "Qəzzada atəşkəs razılaşması yaxında baş tutacaq"
Blinken: "Qəzzada atəşkəs razılaşması yaxında baş tutacaq"

ABŞ dövlət katibi Antoni Blinken İsrailin hücumlarını davam etdirdiyi Qəzzada atəşkəslə bağlı danışıqların müsbətə doğru irəlilədiyini və “razılaşmanın mümkün ola biləcəyini” açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Blinken rəsmi təmaslar üçün olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ciddədə "Al Hadath" televiziya kanalına açıqlamsında qeyd edib.

Qəzzada atəşkəs üçün aparılan danışıqlara işarə edən Blinken, “Getdikcə yaxınlaşır. Düşünürəm ki, danışıqlarda tərəflər arasında məsafə daralır və razılaşma olduqca yaxın zamanda mümkün olacaq.

Blinken vurğulayıb ki, razılaşmanın əldə olunması insanların əzablarını yüngülləşdirəcək və onlara “daha ​​qalıcı” addımlar atmağa imkan verəcək.

ABŞ dövlət katibi Blinken: “Biz Qətər, Misir və İsraillə çox çalışdıq ki, masaya güclü bir təklif irəli sürək, bunu etdik. Həmas bunu qəbul etmədi. Başqa xahişlərlə, başqa tələblərlə qayıtdılar. Danışıqlarla bağlı hazırlıq işləri indi bunun üzərində aparılır. Amma inanıram ki, bu, mümkün və zəruridir”, - deyib.

Blinken, mümkün razılaşmanın Qəzzaya daha çox humanitar yardımın çatmasını təmin edəcəyini bildirin: “Əgər HƏMAS təmsil olunduğunu iddia etdiyi insanlarla ümumiyyətlə maraqlanarsa, razılığa gələcək”, - deyə bildirib.

Nazir bin Fərhanla görüşdə ikili İsrailin hücumları altında Qəzza zolağında atəşkəsin təmin edilməsini, eləcə də çox sayda məcburi köçkün olmuş fələstinlilərin sığındığı, İsrailin hədəfi olan, Rəfah şəhərindəki vəziyyəti qiymətləndiriblər və Qəzzaya təcili humanitar yardımın daxil olması üçün bütün səyləri müzakirə ediblər.

Məhəmməd bin Salman Blinkenlə görüşdə Qəzza zolağı və onun ətrafında cərəyan edən hadisələr, hərbi hücumların dayandırılması, onların təhlükəsizlik, həmçinin, humanitar təsirlərinin aradan qaldırılması səyləri, eləcə də regional, beynəlxalq ümumi əhəmiyyət kəsb edən hadisələri müzakirə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »