Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerika vətəndaşı 3600 qartalı öldürdüyünü etiraf edib
Amerika vətəndaşı 3600 qartalı öldürdüyünü etiraf edib

Minlərlə qorunan quşu öldürməkdə günahlandırılan ABŞ vətəndaşı ağbaş qartal və qızıl quşları ovlamaq, həmçinin, onun alverini etmək məqsədi ilə sui-qəsd təşkil etməkdə günahı olduğunu etiraf edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 48 yaşlı Trevis Con Branson bir neçə il bu quşları ovlayaraq onların hissələrini və lələklərini qara bazarda satıb.

Onun bir alıcıya göndərdiyi SMS-lərdə törətdiyi cinayətlərin qəddarlığı ilə öyündüyü üzə çıxıb. İyulun 31-də federal məhkəmədə təqsirli bilinərsə, onu 5 ilə qədər həbs cəzası gözləyir.

48 yaşlı Brandon sui-qəsddə, ağbaş qartal və qızıl quşların qeyri-qanuni ticarətində və qeyri-qanuni sahiblikdə olan vəhşi təbiətin dövlətlərarası ticarətini qadağan edən qanunu pozmaqda təqsirli bilib. Brandon həmçinin təxminən 250.000 dollar cərimə ilə üzləşəcək.

Müstəntiqlər deyirlər ki, bu şəxs təxminən 3600 quşu öldürmək üçün cinayət ortağı Simon Pol ilə işləyib. 42 yaşlı Pol da eyni ittihamla axtarışa verilib.

Ağbaş qartal ABŞ-ın milli quşudur və həm ölkənin pul vahidində, həm də Birləşmiş Ştatlarının dövlət gerbiində təsvir edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »