Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Media: Pakistan təhlükəsizlik qüvvələri Qvadarda terror aktını dəf edib
Media: Pakistan təhlükəsizlik qüvvələri Qvadarda terror aktını dəf edib

Pakistan təhlükəsizlik qüvvələri radikal Bəlucistan Azadlıq Ordusu yaraqlılarının Qvadar liman idarəçiliyinə məxsus kompleksə hücumunu dəf edib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı "Express Tribune" məlumat yayıb.

Nəşrin məlumatına görə, ölkədə qadağan olunmuş millətçi qrup olan Bəlucistan Azadlıq Ordusunun səkkiz nəfərlik ekstremist qrupu dövlət idarələrinin və təhlükəsizlik xidmətlərinin ofislərinin yerləşdiyi inzibati kompleksə basqın etməyə cəhd edib. Silahlılar əldəqayırma partlayıcı qurğulardan və atıcı silahlardan istifadə ediblər.

“The Express Tribune” yazır ki, kompleksin mühafizəsi hücumu uğurla dəf edib. Qarşıdurma nəticəsində bütün hücum edənlə silahlılar məhv edilib. Bu zaman ölkənin iki hərbçisi həlak olub.

2021-ci ilin sonundan etibarən Pakistan hökumətinin ölkənin mərkəzləşdirilməsini gücləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə qarşı çıxan millətçi və separatçı qrupların fəallaşması səbəbindən Bəlucistanda vəziyyət gərgin olaraq qalır. Ekstremistlərin hücumları Çinin “Bir kəmər - bir yol” qlobal təşəbbüsünün əsas obyektlərindən biri hesab edilən əyalətdə yerləşən Qvadar dəniz limanının, eləcə də Çinin köməyi ilə Pakistanda tikilən digər infrastruktur obyektlərinin təhlükəsizliyinə təhdid yaradır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »