Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın aktivləri təhlükədə: Apellyasiya üçün pulu tapa bilmir
Trampın aktivləri təhlükədə: Apellyasiya üçün pulu tapa bilmir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçən ay Nyu-York əyalət məhkəməsində hökm çıxardığı 454 milyon dollarlıq işdən apellyasiya şikayəti vermək üçün göndərməli olduğu girov pulunu tapa bilmir.

Bizimyol.info xəbər verir ki, martın 25-də zaminə götürülməsi üçün son tarix yaxınlaşdıqca, Donald Tramp bütün aktivlərinin müsadirəsi ilə üzləşib.

Keçən ay dələduzluq işi üzrə verilən hökmdən apellyasiya şikayəti vermək üçün Tramp hazırda cəriməni ödəməli deyil. Lakin o, məhkəməyə şikayətini itirdiyi təqdirdə pulu ödəyəcəyinə zəmanət verəcək “zəminlik şirkəti” tapmalıdır. Trampın vəkilləri 30 sığorta şirkətinə müraciət etdiklərini, lakin bu pulun tapılmasının “praktiki olaraq mümkün olmadığını” bildiriblər.

Vəziyyətə sərt reaksiya verən Tramp özünün sosial media platforması olan "Truth Social"da: “Hakim apelyasiya hüququ üçün yüz milyonlarla dollar depozit qoymağımı istəyir. Bu haqqı məndən almağa çalışır. Mən böyük sərvətlərimi girov qoymalı və ya boş yerə satmalı olacağam; Son nəticədə qalib gəlsəm də, bu mallar yox olacaq”, - deyə qeyd edib. Nyu-Yorkun baş prokuroru Letitia Ceyms pul tapılmasa, Trampın aktivlərinə həbs qoyulacağını dəfələrlə bəyan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »