Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piylərdən xilas olmaq üçün tətbiq olunan "liposaksiya" haqqında yanlış təsəvvürlər...
Piylərdən xilas olmaq üçün tətbiq olunan "liposaksiya" haqqında yanlış təsəvvürlər...

"Liposaksiya (liposuction) arıqlamağa səbəb olmur, bölgə piylərindən xilas olmaq üçün tətbiq edilir".

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "Medicana Health Group" Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə mütəxəssisi Prof. Dr. Necmettin Kutlu liposaksiya ilə bağlı yayılmış yanlış təsəvvürlər haqqında məlumat verib.

Xəstəxanadan verdiyi açıqlamada fikirlərinə yer verilən Kutlu, liposaksiyanın arıqlamaya səbəb olmadığını və bölgədəki piy yığımlarından xilas olmaq üçün tətbiq edildiyini bildirib. Liposaksiya əməliyyatının tətbiq üsullarını "quru", "yaş" və "şişirtmə" olaraq sıralayan Kutlu, son dövrlərdə ən çox istifadə edilən üsulun şişirmə olduğunu və bunun ümumi anesteziya ilə edilə biləcəyini qeyd etdi.

Kutlu, tətbiq olunacaq bölgəni uyuşdurmaq üçün alınması planlaşdırılan yağ miqdarından 2-3 dəfə çox zərdab tətbiq edildiyini bildirdi: "Şişirtmə metodunda diqqət edilməli olan ən vacib məqam onun lazım olduğundan artıq tətbiq edilməməsidir. Çünki şişirtmə üsulu ilə edilən sorma zamanı arzu olunan piy toxumasının ətrafındakı nahiyələrdəki yağ toxumaları parçalanır və çox alınması nəticəsində çökmələr baş verə bilər", - deyib.

"Bir həftədən sonra idmana başlamaq olar"

Prof. Dr. Kutlu qeyd edib ki, 48 saat ərzində tətbiq olunan bölgədə və ətrafında ödem əmələ gəlməsi ümumiyyətlə normaldır.

Liposaksiya kanüllərinin (içi boş boru) taxıldığı yerlərdə 24 saat ərzində maye sızmalarının ola biləcəyini ifadə edən Kutlu: "Bu müddət ərzində içəridəki artıq serum çölə axır. Əməliyyatdan sonrakı ilk 48 saat ərzində zəiflik və yorğunluq hissi yarana bilər. Bu cür şikayətləri azaltmaq üçün çoxlu maye içmək məsləhət görülür. Ümumiyyətlə, xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, heç bir maneə olmadığı halda gündə 1,5-2 litr duz-şəkər qarışığı içilməsi məsləhət görülür", - deyə bildirdi.

Müraciətdən sonra 4-5 gün ərzində çox dəyişiklik gözlənilməməsi lazım olduğunu bildirən Kutlu: "Əməliyyatdan şişlik olacağı üçün tətbiqin təsiri görülə bilməz. Bəzi hallarda orqanizmə verilən zərdabın təsiri ilə xəstə əməliyyatdan əvvəlki ilə müqayisədə artıq çəkiyə çevrilə bilər. Ancaq bu təsirlər müvəqqətidir. Ümumiyyətlə 3 gündən sonra uyğun korsetlə xəstənin gündəlik dövranını təmin etmək olar. Korsetdən istifadə darıxdırıcı görünsə də, 6-7 gün istifadə etmək məsləhətdir. Liposaksiya tətbiqindən 7-8 gün sonra idman fəaliyyətlərinə başlana bilər və uyğun hərəkətlərin də üstünlüyü var", - deyə davam edib.

Dr. Kutlu bildirib ki, bədəndəki yağ hüceyrələri yetkinlik dövründən sonra inkişafda azalır və sabit bir vəziyyətə çatır:  "Yetkin insanlarda piylənmə əslində yeni yağ hüceyrələrinin əmələ gəlməsi ilə deyil, mövcud piy hüceyrələrinin inkişafı ilə əlaqədar baş verir. Liposaksiya əməliyyatından sonra nahiyədəki piy toxumaları çıxarıldığı üçün yenidən əmələ gəlmir. Bununla belə, əməliyyatdan sonrakı qidalanma və fiziki fəaliyyət çox vacib elementlərdir. Bəzi hallarda bu kimi amillər nəzərə alınmazsa, həmin nahiyədə yenidən yağlama baş verə bilər", - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »