Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Taxt oyunları"... Həyatdan köçmüş valideynin əmlakından vəsiyyət olunmayan şəxs də pay ala bilər
"Taxt oyunları"... Həyatdan köçmüş valideynin əmlakından vəsiyyət olunmayan şəxs də pay ala bilər

Vərəsəliklə bağlı məhkəmələrdə mülki mübahisələr çox olur. Adətən, həyatdan köçmüş valideynin əmlakı uğrunda uşaqların mübarizəsi diqqət çəkir. Buna bənzər başqa epizodlar da olur. Məsələn, həyat yoldaşınız bütün əmlakının başqa şəxsə vəsiyyət edə bilər. Sizə hər hansı mülkün qalmaması dramatik mühit yaradır.

Bizimyol.info xəbər verir ki, qanunvericilik mirasda məcburi pay hüququ nəzərdə tutur. Yəni siz başqasına vəsiyyət olunan əmlakdan pay ala bilərsiniz. Vəkil Vamiq Şükürov deyir ki, qanun istənilən halda əmlakdan pay almaq hüququnu tanıyır.

“Bu payın miqdarı vəsiyyət olmasa, qanun üzrə sizə çatası payın yarısı qədərdir. Buna hüquqdan mirasda məcburi pay hüququ deyilir və bu payınızı almaq üçün vəsiyyət edən şəxs öldükdən sonra onun qeydiyyatda olduğu ərazidə fəaliyyət göstərən notarius ofisinə müraciət etməlisiniz. Notarius sizə çatası pay barədə şəhadətnamə verəcək”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »