Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Terror təhlükəsi ən yüksək və təhlükəsiz ölkələrin sıralaması açıqlandı: Azərbaycan ən yüksək antiterror reytinqində
Terror təhlükəsi ən yüksək və təhlükəsiz ölkələrin sıralaması açıqlandı: Azərbaycan ən yüksək antiterror reytinqində

“Global Terrorism Index 2024” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralaması açıqlanıb.

Bizimyol.info xəbər verir ki, hesabata əsasən, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələrin sıralaması belə başlayır:

1. Burkina Faso (8.571)

2. İsrail (8.143)

3. Mali (7.998)

4. Pakistan (7.916)

5. Suriya (7.89)

6. Əfqanıstan (7.825)

Hesabata əsasən, sıralamada İran (4.464) 26-cı, Türkiyə (4.168) 29-cu, ABŞ (4.141) 30-cu, Rusiya (3.016) 35-ci, Fransa (2.647) 38-ci, Norveç (1.747) 53-cü, Ermənistan (0.423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0.233) 79-cu, Litva (0.059) 87-ci yerdə sıralanıb.

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır.

Hesabata əsasən, Azərbaycan dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi, yüksək reytinqə sahib olub. Ölkəmiz terror təhlükəsi üzrə sıralamada “0” indekslə sonuncu - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təçkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar, akademik institutlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Bundan əvvəl də Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddət gözlənilən son 5 il üzrə hesabatı açıqlanmışdı. Hesabatda terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilmişdi.

“Azərbaycan qeyd olunan cinayətlərlə mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və bu cinayətlərin araşdırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib”, - deyə hesabatda qeyd olunmuşdu.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »