Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan sülh müqaviləsi ilə bağlı "qəbul edilməyəcək" təkliflər verməklə "vaxt qazanmağa" çalışır"
"Ermənistan sülh müqaviləsi ilə bağlı "qəbul edilməyəcək" təkliflər verməklə "vaxt qazanmağa" çalışır"

“Azərbaycan-Ermənistan münasibətlərini qiymətləndirsək, sülh müqaviləsi hazırda yoxdur. Azərbaycan Ermənistanla öz torpaqlarının azad edilməsi məqsədilə döyüşlər aparıb. Hazırda müharibə olmasa da, regionda marağı olan xarici qüvvələr tərəfindən bu istiqamətdə zəmin hazırlanır. 44 günlük Vətən müharibəsi qələbə ilə nəticələnib. Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip əsasında və beynəlxalq normalar çərçivəsində Ermənistan tərəfindən 3 ildir ki, sülh müqaviləsinin imzalanması prosesi uzadılır, ləngidilir və sülhdən yayınma davam edir. Azərbaycan qələbə qazanandan sonra üçtərəfli bəyannamə bəndləri yerinə yetirilməyib. Sülh müqaviləsi bağlanmayıb, delimitasiya-demarkasiya məsələsi çox ləng gedib və Zəngəzur dəhlizi  hələ də açılmayıb. Sülh müqaviləsi kimi əsas sənədə qol çəkilməyib deyə biz hələ də "müharibə" şəraitindəyik”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Polkovnik bildirib ki, atəşkəs rejimi sülh demək deyil, atəşkəs rejimi sadəcə rejimdir. Erməni tərəfi bir müddət bu rejimə riayət etsə də, sonra atəşkəs yenidən pozuldu və bizim əsgərlərimiz yaralandı.

Şair Ramaldanov Şair Ramaldanov

“Ondan sonra mütəmadi olaraq, atəşkəsin pozulması haqqında məlumat alırıq. Ermənistanda gedən proseslər heç də sülhə doğru yox, eskalasiyaya və regionda təhlükəsizliyin pozulmasına doğru addımlar kimi qiymətləndirilə bilər.

Azərbaycanla Ermənistanın müharibə şəraitində olması və Ermənistanın da bu gün tutduğu mövqeyə diqqət etsək, təxribatların törədilməsi istisna deyil və gözləniləndir. Ermənistanda bəzi amillər buna xidmət edir.

Təbii ki, Ermənistan sülh müqaviləsinin bağlanması ilə bağlı yeni təklifləri, qəbul edilməyəcəyi əvvəlcədən bilinən təkliflərdir. O təklifləri irəli sürərək, cürbəcür beynəlxalq platformalarda və yaxud o platformalardakı görüşlərdən sonra elə təkliflər irəli sürürlər ki, bu təkliflər sülh müqaviləsinin bağlanmasını mümkünsüz edir”-deyə hərbi ekspert vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »