Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ordusu Rusiyada "yetişdirilmiş" Ermənistan, Qərbin dolayı dəstəyi ilə silah və muzdlulara bel bağlayır"
"Ordusu Rusiyada "yetişdirilmiş" Ermənistan, Qərbin dolayı dəstəyi ilə silah və muzdlulara bel bağlayır"

"Ermənistanın sürətlə silahlanması diqqəti cəlb edən amildir. Bilirsiniz ki, “3+3” belə bir yanaşma var. Bütün məsələlər regionda “3+3” formatında həll olunmalıdır. Ancaq Ermənistanın vasitəsilə yeni oyunçular peyda olur. Yəni Qərbə, sonra Fransaya lokomotiv yol rolunu oynayır. ABŞ, Britaniya Ermənistana həm silahlandırılma ilə, həm təhlükəsizlik, həm də digər məsələlərdə müəyyən bir zəmanət istiqamətində müzakirələr, sövdələşmələr aparırlar".

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik Şair Ramaldanov danışıb. Şair Ramaldanov bildirib ki, bu da Rusiyanın maraqlarını burada əngəlləmək, məhdudlaşdırmaq məqsədilə erməni faktorundan istifadə edərək, digər tərəfdən Avropa müşahidə missiyasını yerləşdirilməsi, onların sayının artırılması, hətta yüksək vəzifəli şəxslərin, (Fransanın briqada generalı Ermənistana gəlib) optik cihazlar ilə Azərbaycanın sərhəddində müşahidə etməsi, ABŞ-ın Ermənistanda müəyyən təlimlər keçməsi, Ermənistanın sərhədyanı yaşayış məntəqələrindən əhalinin çıxması, dövlət qurumlarının bağlanması ilə bağlı məlumatların Ermənistan tərəfindən verilməsi, eyni zamanda Zəngəzur məsələsində heç bir iş aparılmaması və delimitasiya-demorkasiya məsələsini ləngidərək, Azərbaycanın 8 kəndinin qaytarılması ilə bağlı mövqelərini Azərbaycan maraqlarına zidd olaraq səsləndirilməsi onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri heç də sülhə doğru yox, eskalasiyaya doğru gedir.

Şair Ramaldanov Şair Ramaldanov

Şair Ramaldanov hesab edir ki, Fransa Afrikada öz mövqelərini itirdiyi üçün istəyir ki, Cənubi Qafqazda Ermənistan vasitəsilə öz təsir maraqlarını müəyyən bir şəkildə əvəzləsin. Bütün bunlar regionda gərginliyə səbəb olan amillərdir. Ehtiyyatda olan polkovnik qeyd edib ki, burada əsas hədəf Azərbaycan deyil. Ancaq Azərbaycanla müharibə şəraitində olmasını istifadə edərək, yeni müharibənin olmasında marağı olan xarici qüvvələr öz məqsədlərini həyata keçirmək üçün Azərbaycana qarşı Ermənistanın hansısa təxribat törətmə cəhdi gözlənilə bilər. Bəlkə də daha iri miqyaslı təxribat ola bilər.

“Belə olduğu halda, burada ilk hədəf əslində Rusiyadır. Rusiyanı burdan qoparıb çıxarmaqdır və sadəcə Azərbaycanda sərhəddə müəyyən bir təxribat törədərək, burada vəziyyəti yenidən gərginləşdirib, beynəlxalq institutların hərəkətə gətirilməsi vəAzərbaycana təzyiq mexanizmaları yaratması, eyni zamanda Ermənistanda Rusiyaya qarşı daha aktiv tədbirlərin keçirilməsidir.

Digər tərəfdən son zamanlar məlumat gəlir ki, Ermənistana havadarlarının dəstəyi çərçivəsində muzdluların gətirilir. Hətta məlumat var ki, muzdluları Fransa maliyyələşdirir. Bəzi məlumatlara görə bir sutkaya 12 dollarla maliyyələşdirərək, onları buralarda yerləşdirmək istəyirlər. İddia olunur ki, onların sayı 10 min nəfərə yaxındır. Yəni həm say, həm də bu yanaşmalar onu göstərir ki, Azərbaycan sərhədində hər an hansısa təxribat törədilə bilər. Bu muzdlular Azərbaycana qarşı yox, vəziyyətin gərgin fonunda məhz Rusiyaya qarşı hansısa addımlar ata bilər. Çünki hazırda Ermənistanın Rusiyaya qarşı hansısa bir addım atmağa belə bir potensialı yoxdur”-deyə Şair Ramaldanov bildirib.

Şair Ramaldanovun fikrincə, birinci səbəb ondan ibarətdir ki, Ermənistandakı xalq Rusiyaya meyllidir. Digər tərəfdən, Ermənistan ordusunda bütün rəhbər heyyətin hamısı Rusiyanın hərbi məktəblərini bitirmiş Rusiyaya "bağlı" heyyətdir. Şair Ramaldanov hesab edir ki, belə olduğu halda Ermənistanın ordusu Rusiyaya qarşı hansısa "əks" addım atmayacaq. Bu səbəbdən də, muzdluların gətirilməsi və muzdlular vasitəsilə Rusiyaya qarşı hansısa addımların atılması istisna olunmur. Bu regionda Ermənistan, destabilize etmək üçün bir mərkəzə çevrilib.

Hərbi ekspertin fikrincə, xarici qüvvələrin Cənubi Qafqazda maraqları var. Gələcəkdə orta logistik yol nəzərdə tutulmuş marşrut, məhz bu regiondan keçir. Ermənistana havadarlıq edən məlum xarici qüvvələr öz nəzarətini bu regionda gücləndirmək, eyni zamanda öz maddi və siyasi maraqlarını təmin etmək üçün Rusiyaya qarşı "addım" atmağı düşünürlər.

“Yaxın gələcəkdə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı perspektivlərin inkişaf edəcəyini düşünmürəm. Bu istiqamətlərdə vəziyyət gərginləşərsə, Azərbaycan öz təhlükəsizliyi üçün hansısa addımlar atmalı olacaq.

Qiymətləndirmək istəsək, Ermənistanın bu gün ordusunun Azərbaycana hansısa revanş məqsədilə nəyəsə nail olması üçün gücü potensialı yoxdur, yetərli deyil. Ancaq təxribatlar ola bilər və bu təxribatlarda da gətirilən muzdlu güclərin də iştirakı istisna edilmir.

Əsas məqsəd bu regionda vəziyyəti gərginləşdirərək, xarici havadarları və yaxud maraqlı tərəflərin Ermənistanda aktivləşdirilməsi üçün şərait yaratmaqdır.

Düşünmürəm ki, Ermənistan asanlıqla Rusiyadan qopa bilsin və yaxud muzdlularla nail ola bilsin. Artıq Rusiya bununla bağlı ciddi xəbərdarlığını verib”-deyə Şair Ramaldanov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »