Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülhdən yayınan və Rusiyadan qopmağa çalışan Ermənistana nə Fransa, nə Amerika kömək edə bilməyəcək"
"Sülhdən yayınan və Rusiyadan qopmağa çalışan Ermənistana nə Fransa, nə Amerika kömək edə bilməyəcək"

Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsindən 4 il keçsə də, Ermənistan sülh müqaviləsinin bağlanılmasını gecikdirir. Özünü dünyaya sülh istəyən ölkə kimi göstərsə də, qərbli himayədarlarının dəstəyi ilə sülh müqaviləsinin imzalanmasının həyata keçirilməməsi üçün əlindən gələni edir.

  • Azərbaycanla Ermənistan arasında yeni bir müharibə başlaya bilərmi?

Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildiirb ki, Ermənistanın Azərbaycanla yenidən müharibə şəraiti yaratmasına nə gücü, nə qüvvəsi, nə də iradəsi var.

Rüfət Quliyev Rüfət Quliyev

“Təbiidir ki, müxtəlif siyasi oyunlar gedir. Ermənistan Rusiyadan imtina edir. Bilirsiniz ki, Zvarnots aeroportundan FSB-nin sərhəd qoşunlarını çıxartdılar. Yəqin ki, bundan sonra rusların hərbi hissəsini də oradan çıxarmaq istəyəcəklər. Bu da birmənalı Rusiya ilə problemə gətirib çıxaracaq. Bu vəziyyətdə ermənilərə nə Fransa, nə Amerika kömək edə bilməyəcək.

Bizə nə lazımdır? Biz işimizi görürük, suverenliyimizi bərpa etmişik. Biz istərdik ki, tezliklə sülh müqaviləsi imzalansın”-deyə Rüfət Quliyev bildirib.

Deputat qeyd edib ki, hazırda Nikol Paşinyan Qərbin "dəstək" vədinə arxalanaraq oyun oynayır.

“Baş nazir hazırda sadəcə vaxt qazanmağa çalışır. Hələ parlament seçkiləri keçirməyi də düşünür. Çalışır ki, öz tərəfdaşlarını seçdirsin və öz mövqeyini möhkəmləndirsin. Bunlar hamısı fantastikaya bənzəyir”-deyən deputat vurğulayıb ki, sülh müqaviləsi bağlanacaq, Azərbaycanın 8 kəndi də qaytarılacaq.

Deputat sərhədlərin delimitasiya və demarkasiyası prosesindən də söz açıb. Deputat bildirib ki, bu proses onillərlə davam edir. Proses hələ Gürcüstanla tamamlanmayıb, Rusiyanın özü ilə tamamlanmayıb. Yəni bu proseslər davam edir. Diplomatik görüşlər nəticəsində hər şey bəlli olacaq.

“Mən müharibəyə inanmıram. Çünki bunun üçün səbəb yoxdur. Heç mövcud şərait də buna məcbur etmir. Bu gün artıq beynəlxalq hüquq da, ictimaiyyət də dünyada gedən proseslərə reaksiyasında göstərir ki, Azərbaycanın haqlı mövqeyi gündən-günə möhkəmlənir. Bunu Ermənistan da başa düşür. Bu və ya digər formada bizimlə dil tapmağa məcbur olacaqlar”-deyə Rüfət Quliyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »